Koronavirusun "Eris" ştammı ÜST-ü hərəkətə keçirdi: Yeni peyvənd və maska qadağası gözlənilir?

Koronavirusun COVID-19-un yeni ştammı olan EG.5 variantı, yəni "Eris" virusu İngiltərədən sonra ABŞ-da da qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "Eris"lə bağlı həyəcanlı açıqlamalar verib. İngiltərədə hər 7 şəxsdən birində aşkar edilən bu virusun Sars-Cov-2-nin Omicron variantından əmələ gəldiyi bildirilib.
KONKRET.az-ın araşdırmasına görə, 3 ildən artıqdır koronavirusla mübarizə aparan dünya indi də "Eris" virusu ilə bağlı təşviş içindədir. EG.5 variantının indiyədək 51 ölkədə göründüyünü qeyd edən ÜST ölkələrə COVİD tədbirlərini ləğv etməmələri barədə xəbərdarlıq edib. Təşkilat öz bəyanatında ölkələrə yeni simptomlara qarşı ayıq olmağı və yoluxan xəstələri yaxından izləməyi tövsiyə edib.
Mütəxəssislərin məlumatlarına görə, "Eris" artıq hər 7 COVID hadisəsindən birinin səbəbi olub. Bu o deməkdir ki, yeni subvariant digərləri ilə müqayisədə kifayət qədər sürətlə yayılır və getdikcə daha çox yoluxmaya səbəb olur.
Rəsmilər bildirib ki, koronavirusun yayılmasında və yeni ştamlarının əmələ gəlməsində kirli havanın çox böyük təsiri var. Qapalı məkanlar, insanların daha sıx olduğu yerlər koronavirusun, xüsusilə yeni variantının çoxalmasına səbəb olur. Eyni zamanda, koronavirusa qarşı peyvəndlənmənin də üzərindən xeyli zaman keçməsi virusa qarşı immun sisteminin zəifləməsinə səbəb olub.
Maraqlıdır, koronavirusun yeni variantı olan "Eris"in əlamətləri nələrdir və əsasən hansı ölkələrdə müşahidə edilib?
İngilis alim Zoenun araşdırmalarına görə, yeni variantın simptomları koronavirusla demək olar ki, eynidir. Boğaz ağrısı, burun tıxanıqlığı, qrip, asqırmaq, öskürək, boğuq səs, iybilmə qabiliyyətinin itirilməsi və əzələ ağrıları yeni növ ştammın əsas simptomlarındandır. İndiyə qədər daha çox yoluxma halının müşahidə edildiyi Danimarka və İsraildə görünən variant həyəcanverici mutasiya tendensiyası nümayiş etdirir və potensial olaraq daha böyük dalğalanmaya səbəb ola bilər.
İngilis xəbər agentliyi "Reuters"in məlumatına görə, son vaxtlar xəstələnmə nisbətinin artdığı "Eris" variantı ilə əlaqəli yeni COVID-19 peyvəndi gələn ay buraxıla bilər.
Semra Ələkbərli,
KONKRET.az

Sağlamlıq       Tarix: 18 avqust 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son görüntülər valyuta məzənnələri zelzele valyuta mezennesi