Koronavirusun tüğyan etdiyi İrandan Azərbaycana 50 min insan gələcək? - AÇIQLAMA
İranda təhlükəli koronavirusun yayılmasına baxmayaraq, bu ölkənin vətəndaşları hələ də onlayn viza üçün müraciət edib Azərbaycana gələ bilərlər.
xəbər verir ki, buna baxmayaraq, Novruz bayramını Azərbaycanda qeyd etmək istəyən tətil paketləri almış bəzi İran turistləri tur rezervasiyalarını ləğv etmək istəyirlər.
Bu barədə "Sputnik"ə İranın turizm şirkətinin direktoru Ulduz Həmid Cahadi məlumat verib. Onun sözlərinə görə, İrandan təxminən 10 ailə hotel nömrələrinin sifarişlərinin ləğvi tələbi ilə şirkətə müraciət edib. Bura əsasən 4 ulduzlu hotellər daxildir: "Lakin biz sərhədlər açıq qaldığı müddətdə sifarişləri ləğv etməyə tələsmirik. Çünki bu vəziyyətdə turistlər zərər görəcək. Gəzinti heç bir xüsusi səbəb olmadan turistlər tərəfindən ləğv olunarsa, cərimə ödəməli olacaqlar".
Şirkət nümayəndəsi bildirib ki, hazırda Azərbaycanın İrandakı konsulluğu vizaların verilməsini dayandırıb. Ancaq iranlı turistlərin əksəriyyəti onlayn qaydada viza üçün müraciət edirlər. Buna görə də bu gün onlar üçün heç bir problem yoxdur.
Qeyd edək ki, koronavirusun yayılmasından əvvəl Novruz bayramında İrandan Azərbaycana 50 min turistin gələcəyi proqnozlaşdırılırdı.
Xatırladaq ki, İranda koronavirusdan 50 nəfərin öldüyü iddia olunur.
Zümrüd /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək