Krallıq parçalanır - Avropada çat səsləri

Krallıq parçalanır - Avropada çat səsləriBöyük Britaniya Avropa İttifaqından ayrılmaq prosesində ikən krallığın 4 ana ünsüründən biri olan (digərləri Şimali İrlandiya, Uels və İngiltərədir) Şotlandiyada güclü şəkildə müstəqillik səsləri yüksəlməyə başlayıb.
Publika.az xəbər verir ki, 2016-cı ildə Avropa İttifaqında qalmaqdan yana səs verən Şotlandiyada ikinci müstəqillik referendumunun keçirilməsi məsələsində gedərək artan iradənin meydana gəlməsi bazarlar üçün siyasi və iqtisadi risk kimi önə çıxır.
Şotlandiyada 2014-cü ildə keçirilən müstəqillik referendumunda seçicilərin 55%-i krallığın tərkibində qalmağı istəmiş, lakin Britaniya hökuməti referendum kampaniyasında Şotlandiyanın müstəqilliyi seçməsi təqdirində, Aİ üzvlüyünü itirəcəyi təhdidini önə sürmüşdü. "Breksit"dən sonra durumun dəyişdiyini bildirən Şotlandiya Baş naziri Nikola Sturgeon ötən ay mərkəzi hökumətə ölkədə ikinci müstəqillik referendumunun keçirilməsi üçün regional hökumətə səlahiyyət verməsi çağırışını etmişdi. Baş nazir Boris Conson isə 2014-cü il seçkilərini xatırladaraq, bu çağırışı qəbul etməmişdi.
Mərkəzi Londonda yerləşən "Qlobal Məsləhətçi" şirkətinin rəhbəri Qreqor İrvin Şotlandiyanın müstəqillik referendumunun krallıq üçün gedərək yaxınlaşan problem olduğunu deyib. Qarşıdakı 2 il ərzində isə zirvəyə çatacağını vurğulayıb.
Şotlandiyanın ikinci referendumla müstəqil olması təqdirində, qarşısına çıxacaq əngəldən biri büdcə kəsiridir. Ötən il Böyük Britaniyanın büdcə kəsiri 1,1% olub. Şotlandiyada isə bu göstərici 7,2% səviyyəsindədir. Müstəqil olsa, təcili maliyyə mənbəyi axtarmalı olacaq.
Şotlandiyanın referendum qərarının önündəki ən böyük maneə yeni seçki keçirmək üçün 1998-ci il tarixli Şotlandiya Qanununun 30-cu maddəsinə görə, Britaniya parlamentindən icazə alması məcburiyyətidir. Mühafizəkarlar Partiyasının üstünlük təşkil etdiyi parlamentdə isə bu icazənin verilməsi mümkünsüzdür.
Lakin əks təqdirdə şotlandlar məhkəməyə gedə və icazəsiz referendum keçirə bilərlər.
Özünəməxsus mədəniyyəti ilə yanaşı, Şimal dənizində neft yataqları, viskisi, tekstili, təyyarə motorları, bankçılıq və maliyyə xidmətləri ilə diqqət çəkən Şotlandiya bu təşəbbüsdə uğurlu olmasa belə, tarixinə nəzər saldıqda, qərarından dönəcəyini demək olmaz.
Zümrüd /publika.az

Dünya       Tarix: 07 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Rusiyada daha 18 233 nəfər koronavirusa yoluxdu

Rusiyada ötən sutka ərzində koronavirusa 18 233 yoluxma halı qeydə alınıb. xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 537 966 nəfərə çatıb. Son sutka ərzində həmçinin koronavirusdan 26 976 nəfər sağalıb

Türkiyə buna görə Ermənistana MÜRACİƏT ETDİ

Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan reyslərinin həyata keçirilməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib. xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyinin mətbua

"Taliban"la Türkmənistan sərhədçiləri arasında TOQQUŞMA

Ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub. Bu barədə Əfqanıstanın "Hasht-e subh" qəzeti yazıb. Qəze

ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur

"Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır". bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin

İranda son sutkada koronavirusdan 41 nəfər öldü

İranda ötən sutka ərzində 1 510 nəfər koronavirusa (COVID-19) yoluxub, 41 nəfər ölüb. xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 131 68

İranda dəhşət yaşanır - 6 nəfər öldü, çox sayda şəxs

Ötən 6 gün ərzində İranda sel və daşqınlar nəticəsində 6 nəfər həlak olub. xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib. P.Kulivəndin sözlərinə görə, İranın 17 vilayətinin 87 rayonund

Bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkət açıqlandı

"Apple" şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır. xarici KİV-

Dünyada 45 jurnalist iş başında öldürülüb - 2021-Cİ İLDƏ

2021-ci ildə dünyanın 20 ölkəsində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib. -ın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının (IJF) paylaşdığ

ABŞ-ı qorxuya salan Rusiyanın ƏN TƏHLÜKƏLİ 5 SİLAHI

ABŞ-ın "19FortyFive" portalının şərhçisi Brent İstvud Rusiyanın 5 ən təhlükəli silahının siyahısını hazırlayıb. -a istinadla xəbər verir ki, siyahının ilk pilləsində "Poseydon" pilotsuz sualtı qayığı ye


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən görüntülər son xeber az xeber.az bu gun dunya xeberleri