Krediti olanlara VACİB XƏBƏR: Əgər şəxs işsizdirsə və gəliri yoxdursa
Kredit münasibətlərində ən çox müzakirə olunan məsələlərdən biri də borcun təminat formalarıdır. Hazırda banklar və bank olmayan kredit təşkilatları əsasən zaminlik və girov mexanizmlərindən istifadə edirlər. Lakin mütəxəssislər zaman-zaman bu sistemin təkmilləşdirilməsi, xüsusilə də zaminliyin əvəzinə sığorta və ya zəmanət fondu kimi alternativ təminat formalarının tətbiqi imkanlarını gündəmə gətirirlər. Bəs, bu cür mexanizmlər real praktikada mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, banklar və digər borcverənlər, o cümlədən bank olmayan kredit təşkilatları (BOKT-lar) zaminlikdən daha çox girov təminatına üstünlük verirlər.
"Girov əmlakdır, zaminlik isə şəxs. Bu gün şəxsin pulu var, sabah isə maaşı olmaya bilər. Bu baxımdan girov banklar üçün daha etibarlı təminat üsuludur. Əgər girov varsa, əksər hallarda zaminlik tələb olunmur", – ekspert qeyd edib.
Ə.Həsənov bildirib ki, borcalanlar çox vaxt girov vermək istəmirlər və kreditin zaminlik əsasında təmin olunmasına çalışırlar. Onun sözlərinə görə, sığorta və zəmanət fondu kimi mexanizmlər isə mahiyyət etibarilə oxşardır:
"Bu, o deməkdir ki, kiminsə borcu sığortalanır. Amma bu mexanizm təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkələrində də işlək deyil. Çünki borcalanlar bu sistemdən sui-istifadə edə bilərlər."
Ekspert əlavə edib ki, sığorta şirkətləri borcalanın gəliri olmadıqda onun yerinə ödəniş etməyə razı olmazlar:
"Əgər şəxs işsizdirsə və gəliri yoxdursa, sığorta şirkəti niyə onun yerinə borcu bağlamalıdır? Bu halda ümumiyyətlə borcalanda məsuliyyət hissi itər. Bank üçün fərq yoxdur, pulu kim ödəyir. Amma sığorta şirkətləri belə riskə getməz."
Əkrəm Həsənovun fikrincə, bu mexanizmlər Azərbaycan reallığında işlək deyil:
"Bizdə yalnız uzunmüddətli kreditlərdə borcalanın həyatının sığortalanması praktikası mövcuddur. Bunun xaricində sığorta və zəmanət fondlarının tətbiqi real deyil."
Aynurə İsmayıl
KONKRET.az

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Ağdamda traktor minaya düşüb
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma