Kreditlərin də faizləri artır? - ƏTRAFLI

Kreditlərin də faizləri artır? - ƏTRAFLIMəlum olduğu kimi, Azərbaycanda fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirləri fevralın 1-dən yenidən vergiyə cəlb edilib. Buna qədər isə 7 il müddətində yerli bank və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirləri vergidən azad idi. Ödəmə mənbəyindən 10 faiz dərəcəsi ilə tutulan bu verginin yaratdığı xərci əmanət faizlərinə əlavə olunacağı, yoxsa əmanətin faiz gəlirlərindən reallaşdırılacağı maraq doğurur.
KONKRET.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu ayın əvvəlində keçirilən mətbuat konfransında bankların həmin xərci öz əmanət faizlərində əks etdirəcəklərini hesab etdiyini bildirmişdi. Onun ehtimalına görə, bu, kredit faizlərinə təsir edə bilər.
Aydın məsələdir ki, banklar əmanətçilərin ödənilməli olduqları vergini faizlərə əlavə edərlərsə və yaxud onların əvəzinə ödəyərlərsə bu, xərcləri artırmış olacaq. Bu da kreditlərin faizlərinin artması ilə müşahidə oluna bilər. Bəs, bütün bunlar nə dərəcədə real görünür?
Son illərin rəsmi göstəriciləri onu deməyə əsas verir ki, Azərbaycanda əmanətlərin faizləri azalmaqdadır. Hətta ötən il ikirəqəmli inflyasiya fonunda belə əmanətlərin orta faizi azalıb. Mərkəzi Bankın məlumatına görə, ötən ilin əvvəlində bankların yeni cəlb etdikləri müddətli əmanətlərin orta göstəricisi 9,07 faiz, bu ilin əvvəlində isə 8,35 faiz olub. Azalma kreditlərin faizlərində də özünü göstərib. Belə ki, ötən ilin əvvəlində bankların yeni verdikləri kreditlərin orta göstəricisi 16,43 faizdən bu ilin əvvəlində 15,85 faizə enib.
Ötən il bankların depozit portfeli 6 milyard 824,3 milyon manat artaraq 33 milyard 762,6 milyon manata yüksəlib. Bunun müqabilində bankların kredit portfeli 2 milyard 935,2 milyon manat çoxalaraq 19 milyard 594,4 milyon manata çatıb. Bu, bankların vəsait baxımından "korluq çəkmədiklərindən" xəbər verir. Nəticədə bu amil banklara əmanətlərə ikirəqəmli inflyasiya şəraitində təklif etdikləri birrəqəmli faizləri bir az da azaltmağa imkan yaradır.
Digər tərəfdən depozit portfelinin əksər hissəsi hüquqi və fiziki şəxslərin tələbli depozit və əmanətlərindən ibarət olsa da, vəsaitin artması onun kreditə çevrilməsi istiqamətində banklar arasında rəqabəti artırır. Bu məsələ kreditlərin faizlərinin enməsini şərtləndirir.
Belə şəraitdə bankların əmanətçilərin vergi öhdəliklərini üzərlərinə götürmələri, yaxud kredit faizlərinə əlavə etmələri real görünmür.
Hazırda ölkədə fəaliyyət göstərən 25 bankdan 1-i əmanət faizlərinə tətbiq edilən bu vergi xərcini üzərinə götürüb. Lakin bu, kampaniya xarakteri daşıyır. Belə ki, həmin bank yalnız fevralın 1-dən mayın 1-nə qədər olan dövrdə əmanət yerləşdirmiş fiziki şəxslərin bir il ərzində hesablanmış faiz xərcini özü ödəyəcək.
Bəzi ekspertlər faiz gəlirlərinin vergiyə cəlb edilməsinin əhalinin banklardakı vəsaitləri çıxarıb daşınmaz əmlaka yönəldəcəklərini bildirsələr də, bu da inandırıcı deyil.
İlk növbədə, əksər əmanətlərin məbləği daşınmaz əmlak almağa imkan vermir. Eyni zamanda, vergiyə cəlb ediləndən sonra belə banka əmanət yerləşdirmək daşınmaz əmlaka investisiya etməkdən daha sərfəlidir. İstər gəlirin miqdarı, istərsə də likvidlik cəhətdən bank əmanəti daşınmaz əmlaka investisiyanı üstələyir. Həmçinin Türkiyədə baş verən zəlzələdən sonra xüsusilə də mənzil tikintisində keyfiyyət məsələsini də aktuallaşdırdığından banklardakı əmanətlərin daşınmaz əmlak sektoruna axın edəcəyi mümkün görünmür.
Ümumilikdə isə bu mövzudakı əvvəlki yazımızda da qeyd etdiyimiz kimi, əmanətlərin sığortalanması mexanizminin mövcudluğu, milli valyutanın məzənnəsinin sabit qalmaqda davam etməsi və əhalinin investisiya edəcəyi alətlərin məhdud olması şəraitində bank əmanətləri hazırda ən əlverişli passiv yatırım növüdür.

Sosial       Tarix: 23 fevral 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind


son xeberler yeni xeberler azerbaycan xeberleri bu gunun xeberleri ən son xəbərlər bugün axsam.az xeberler havanın temperaturu