Kreml öhdəlik qoydu: 409 min nəfər orduya göndərilməlidir
Kreml regionların qarşısına bu il 409 min rusiyalını müharibəyə göndərmək öhdəliyi qoyub.
KONKRET.azxəbər verir ki, bu barədə "Faynənşl Tayms" məlumat yayıb.
"Moskva hər il cəbhəyə göndərmək üçün əsgər tapmaqda getdikcə çətinlik çəkir. Putin hazırda yeni səfərbərlik dalğasını təxirə salır, buna görə də Rusiya Müdafiə Nazirliyi müqavilələr imzalamaq üçün vətəndaşlara getdikcə daha çox təzyiq göstərməli olur.
Ölkə rəhbərliyi regional hakimiyyət orqanlarına illik 409 min nəfərlik plan çərçivəsində kvotalara əməl etməyi tapşırıb. Buna cavab olaraq, regional orqanlar küçə basqınları və tələbələri aldatmaq da daxil olmaqla getdikcə daha sərt metodlara əl atırlar", – nəşr bildirib.
Qeyd olunub ki, irimiqyaslı müharibə başlayandan bəri təxminən 500 min Rusiya hərbçisi öldürülüb:
"Əgər Rusiya hərbçi sayını artıra və ya səfərbərlik edə bilməsə, onun bölmələri tükənməyə davam edəcək və bu da onları zəiflədəcək. Hücum səyləri nəinki dayanacaq, həm də sonda döyüş meydanında ciddi uğursuzluqlarla üzləşəcək".
Xidmetler [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir