Kreml Putinin Ukrayna ilə bağlı dediklərinə aydınlıq gətirdi
"Rusiya hazırda Ukraynadakı "xüsusi əməliyyat" zamanı potensialının yalnız kiçik bir hissəsindən istifadə edir".
KONKRET.az xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov cümə günü jurnalistlərə açıqlamasında səsləndirib.
"Dövlət başçısı Qərb ölkələrindən, Kiyevdən eşidilən bəyanatlara cavab olaraq deyib ki, Kiyev qələbəyə qədər döyüş meydanında hərəkət edəcək. Putin bununla xatırladıb ki, potensiallar tamamilə müqayisə olunmazdır. Rusiyanın bu baxımdan potensialı o qədər böyükdür ki, onun yalnız kiçik bir hissəsi indi xüsusi hərbi əməliyyat zamanı istifadə olunur.
Ona görə də qərblilərin bütün bu bəyanatları sözün əsl mənasında absurddur. Onlar Ukrayna xalqına sadəcə olaraq kədər əlavə edirlər", – İnterfaks Peskovun sözlərindən sitat gətirib.
Xatırladaq ki, bir gün əvvəl Putin bildirib ki, Rusiya Ukraynadakı "xüsusi əməliyyat" zamanı hələ ciddi addımlar atmayıb və sülh danışıqlarından imtina etməyib.
Roman Göytürk,
KONKRET.az

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?