Kreml: 'Ukraynada məqsədimizə nail olanadək əməliyyatlar davam edəcək
"Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı davam edəcək".
Bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, Rusiya hava və iqlim şəraitindən asılı olmayaraq, məqsədlərinə çatanadək əməliyyatı davam etdirəcək.
D.Peskovun sözlərinə görə, Rusiyanın "taxıl sazişi" ilə bağlı narahatlığı nəzərə alınıb: "BMT Rusiyadan ərzaq və gübrə ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılacağına söz verib".
Qeyd edək ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü probleminin həlli üçün sənədlər paketi imzalanıb. Sazişlərdən biri Kiyevin nəzarətində olan Qara dəniz limanlarından taxılın ixracı prosedurunu tənzimləyir. Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən yaradılan İstanbulda Birgə Koordinasiya Mərkəzi silah qaçaqmalçılığının qarşısını almaq və təxribatları istisna etmək üçün taxıl daşıyan gəmiləri yoxlamaq üçün nəzərdə tutulub.
Noyabrın 17-də "Taxıl sazişi"nin müddətinin daha 120 gün müddətinə uzadılması barədə razılıq əldə olunub. / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezident icra başçısını vəzifəsindən azad etdi
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü