Kreml və sülhməramlılar üçün ən çətin sınaq: Araikin Moskvada nə işi var?

Kreml və sülhməramlılar üçün ən çətin sınaq: Araikin Moskvada nə işi var?Kreml və sülhməramlılar üçün ən çətin sınaq: Araikin Moskvada nə işi var?
Özünü qondarma rejimin rəhbəri kimi təqdim edən erməni quldur dəstələrinin başçısı Araik Arutyunyan Rusiya xüsusi xidmət orqanları tərəfindən Moskvaya çağırılıb.
Ermənistan KİV-in məlumatına görə, Arutyunyanın Moskvaya getməsinə səbəb Rusiya kəşfiyyatının ona "qulaq burması" vermək istəyi olub.
İddialara əsasən, Araik Arutyunyanın Nikol Paşinyanın əmrlərinə tabe olması Kremli həddən artıq qıcıqlandırıb.
Separatçının Moskvada olması qalsın bir yana, onun Rusiya paytaxtına hansı yolla gedib çıxması da özlüyündə maraqlı məqamdır.
Açıq desək, Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən, əli dinc əhalinin qanına bulanan bu terrorçunun sülhməramlıların nəzarətində olan bölgədən sülhməramlı kontingentin aid olduğu dövlətə səfər edə bilməsi sözün əsl mənasında heyrət doğurur.
Üstəlik, Rusiyaya sözügedən şəxsin hansı kimliklə səfər etməsi də, aydın deyil. Araik Arutyunyan haranın vətəndaşıdır? Mövcudluğu və varlığı heç kim tərəfindən qəbul edilməyən "dövlət"in, yoxsa Ermənistanın? Birinci versiya yəqin ki, Kreml üçün daha böyük rüsvayçılıq olardı.
Yox, əgər ikinci versiyadırsa, Rusiya sülhməramlıları qısa müddətdən sonra daha bir ağır sınaqdan keçməli olacaq. Moskvada izahat verən Araik Laçın dəhlizindən Qarabağa – Azərbaycana buraxılacaqmı? Kim olaraq buraxılacaq və buna kim cürət edəcək? Yoxsa sülhməramlılar ilk dəfə bizi təəccübləndirib, öz işinin öhdəsindən gələcək? Yəqin ki, bu suala cavab almaq üçün çox gözləməli olmayacağıq…
Çünki Rusiyadan cavab almalı olduğumuz və çoxdan gözlədiyimiz suallar onsuz da mövcuddur. Dövlət başçısının Kremlə "İsgəndər"lərlə bağlı ünvanladığı sualı kimi.
İndi isə bu sual daha da qəlizləşəcək, çətinləşəcək: "İsgəndər-M" raketlərinin Qarabağda, Araikin isə Moskvada nə işi var?
Rusiya kimi böyük bir dövlət üçün hansısa terrorçunun tapılması kiçik bir iş ola bilər. Onun Moskvada sorğu-suala tutulması, hətta məqsədi nə olur-olsun ona "qulaq burması" verilməsi də bir o qədər əhəmiyyətli sayılmaz. Əhəmiyyətli məsələ, bu terrorçunun nəyə görə tutulmaması, Azərbaycana təhvil verilməməsidir. Moskvada kimlər bir terrorçuya görə Azərbaycanla münasibətlərə kölgə salır?
Suallar çoxdur. Ancaq ən azı Rusiya xalqının da vacib bir sualı var: Öz vətəndaşının qatili ilə eyni masa arxasında oturanlar kimlərdir?
Axı, Araik Arutyunyan adlı terrorçunun əlində qanı olanlardan biri də elə Gəncə şəhərinə hücumda həlak olan 2007-ci il təvəllüdlü Rusiya vətəndaşı Artur Vasilyeviç Mayakovdur.
Orxan Tağıyev /oxu.az

Siyasi       Tarix: 23 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta bugun xeberler şou biznes xəbərləri cəbhədən son dəqiqə