Kremldə şok gəlişmə: Lavrov postundan ayrılır - yerini bu şəxs tutacaq

Kremldə şok gəlişmə: Lavrov postundan ayrılır - yerini bu şəxs tutacaqRusiyada həftə sonu keçiriləcək Duma seçkilərinin nəticələri rezonans doğura bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat yayıkıb.
İki "ağır çəkili fiqur" - hakim Vahid Rusiya partiyasının namizəd siyahısının başında yer alan müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrovun siyasi gələcəyi maraq doğurur.
Prezident Vladimir Putin Şoyqu və Lavrovun Dumaya seçiləcəkləri təqdirdə kabinetdəki yoxluqlarını hiss edəcəyini demişdi.
Politoloq Dmitri Abzalov News.ru portalına müsahibəsində nazirlərin istefa vermə ehtimalından danışıb.
Onun sözlərinə görə, Şoyqu müdafiə naziri postundan qəti şəkildə imtina etməyəcək. Amma Lavrov seçiləcəyi təqdirdə onun Dövlət Dumasında bir vəzifə tutması son dərəcə mümkündür. Politoloq təcrübəli siyasətçinin Dumanın vitse-spikeri olacağı və beynəlxalq əlaqələr komitəsinə rəhbərlik edəcəyi qənaətindədir. Bəzi analitiklər isə Lavrovun yeni dövrdə Dumanın sədri ola biləcəyini düşünür.
Rusiya mediası uzun müddətdir ki, Sergey Lavrovun özünün xarici işlər naziri postunu tərk etmək istədiyini bildirir. Hətta bəzi şərhçilər onun postu üçün Putinin sözçüsü Dmitri Peskovun adını hallandırırlar.
Abzalov iki təcrübəli nazirin Duma seçkilərinə girməsini hökumətin xalqın narazılığını aradan qaldırmaq istəyi ilə əlaqələndirib. Onun fikrincə, nüfuzlu nazirlər koronavirus pandemiyası səbəbiylə qəbul edilən məhdudiyyətlərin təsirini aradan qaldırmaq üçün yeni cəbhədə "döyüşə" girirlər.
Politoloq Şoyqunun Uzaq Şərq və Sibir kimi inkişaf etməmiş bölgələrə maraq göstərdiyini söyləyib.
Başqa bir iddia hər iki nazirin seçkilərdə qalib gəldikdən sonra parlamentdəki vəzifələrindən istefa verəcəyi və bu postları siyahıdakı digər Vahid Rusiya namizədlərinə ötürmə ehtimalı ilə bağlıdır.
Rusiya mətbuatındakı bəzi şərhlərdə Sergey Şoyqu Putindən sonrakı mümkün ssenaridə prezidentliyə ən güclü namizədlərdən biri hesab olunur.
Duma seçkiləri cümə günü başlayacaq və bazar günü axşam başa çatacaq. /publika.az

Dünya       Tarix: 18 sentyabr 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind

80 il əvvəl yoxa çıxan sualtı qayıq TAPILDI

Yunan dalğıcları Egey dənizinin dibində 80 il əvvəl yoxa çıxan italyan sualtı qayığını tapıblar. xəbər verir ki, bu barədə "Ekspress" məlumat yaydı. Bildirilib ki, "Jantina" sualtı qayığı göyərtəsind

Tacikistanda 4,2 bal gücündə zəlzələ oldu

Tacikistanda 4,2 bal gücündə zəlzələ baş verib. -ıın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri əhalisi təxminən 11 min nəfər olan Murqob şəhərindən 69 kilomet

Çində GÜCLÜ ZƏLZƏLƏ: xəsarət alanlar var

Çinin cənub-qərbindəki Yunnan əyalətində 5,5 bal gücündə zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Ninlan vilayətində, ocağı isə 10 km dərinlikdə yerləşib

Bu ay Yer kürəsində 6 maqnit qasırğası olacaq

Cari lilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar. xəbər verir ki, bu barədə P.N. Lebedeva adına Fizika İnstitutu məlumat yayıb. Belə ki, 11, 12, 15, 17, 18 yanva

Dünyada koronavirusa yoluxanların sayı 290 milyonu ötdü

Dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 290 milyonu, ölənlərin sayı isə 5,44 milyonu ötüb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. ÜST-ün məlumatına görə, 290 959 53

Çin imkansızı bacardı

Üçüncü Dünya müharibəsinə səbəb olacağı ehtimal edilən ABŞ, Rusiya və Çin arasında silahlanma yarışının sürətlənməsi gərginliyi artırır. Ağ Ev Pekinin son aylarda Pentaqonu şoka salan hərbi sınaqlarından sonra hərəkətə keçdi

2021-ci ilin ən varlı 10 insanı - SİYAHI

"Bloomberg" 2021-ci ildə dünyanın ən varlı iş adamlarının siyahısını hazırlayıb. Pandemiyaya baxmayaraq onlar ötən il də maddi güclərini artırmağı bacarıblar. xəbər verir ki, siyahıda birinci "Tesla" v

SON DƏQİQƏ: Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Almatı və Manqistau vilayətində fövqəladə vəziyyət elan edilib. "Sputnik Qazaxıstan"a istinadla xəbər verir ki, bununla bağlı ölkə başçısı Kasım-Jomart Tokayev sərəncam imzalayıb. Sərəncama əsasən, yanvarın 5-


azerbaycan xeberleri yeni xeberler son xeberler hava durumu valyuta məzənnələri bugunun xeberleri