Kriptovalyutası olanların NƏZƏRİNƏ: Bu halda əmlakınız üzərinə həbs qoyula bilər
"Azərbaycanda kriptovalyuta hüquqi baxımdan pul və ya valyuta hesab olunmur. Qanunvericilikdə əmlak kimi qiymətləndirilir".
Bu fikirləri KONKRET.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov səsləndirib.
"Bu, valyuta deyil, əmlakdır. Qızıl, mebel, kompüter kimi, kriptovalyuta da əmlak hesab olunur. Cinayət predmeti olduqda, digər əmlaklar kimi onun üzərinə yalnız məhkəmə qərarı ilə həbs qoyula bilər".
Ə.Həsənov bildirib ki, kriptovalyuta üzərinə məhkəmə qərarı olmadan həbs qoyulması qeyri-mümkündür. Bununla belə, texniki çətinliklər mövcuddur:
"Qızıl və ya daşınan əmlakı asanlıqla götürülüb saxlaya bilsək də, kriptovalyutaya fiziki formada əl ilə toxunmaq mümkünsüzdür. Onun kodu var. Vətəndaş həmin kodu təqdim etmədiyi halda, kriptovalyuta üzərinə faktiki həbs qoymaq çətinləşir".
Aynurə İsmayıl
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
Qeyri-qida malları ilə bağlı YENİ QAYDA