"Kristal Abşeron" 20 yaşını qeyd edir - FOTOLAR

Yubiley tədbiri may ayının 26-sı "Gülüstan sarayı"nda "Kristal Abşeron"un kollektivi, dövlət qurumları və özəl sektor nümayəndələrinin iştirakı ilə baş tutub. 
azxeber.com xəbər verir ki, tədbir "Kristal Abşeron" şirkətinin Müşahidə Şurasının sədri Mahayət Nəbiyevin çıxışı ilə başlayıb. Mahayət Nəbiyev çıxışında Ulu Öndər Heydər Əliyevin ölkə iqtisadiyyatına xüsusi ilə tikinti sektorunun inkifaşına göstərdiyi diqqət və qayğıdan bəhs edərək, bu diqqətin bu gün də cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.  Mahayət Nəbiyev şirkətin 20 illik fəaliyyəti dövründə əsaslandığı dəyərlər və gələcək hədəfləri haqqında məlumat verib, bu dövr ərzində şirkətin tərəfdaşı olan özəl və dövlət qurumlarına öz təşəkkürünü bildirib.
Yubiley tədbiri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Deputat Tahir Mirkişili, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin rəisi Təyyar Hüseynli və Türkiyənin məhşur Aslı Mimarlık şirkətinin sahibi Hüseyn Tonguç Özcanın çıxışları ilə davam edib. 
Daha sonra qala gecəsi xüsusi dəvət olunmuş musiqiçilərin ifaları və şou proqramları ilə davam edib.
Qeyd edək ki 2003-cü ildən öz uğurlu fəaliyyətinə başlamış Kristal Abşeron şirkəti bugünə qədər etibarlılıq, dürüstlük və keyfiyyət kimi dəyərlərə əsaslanaraq bir çox böyük layihələrə imza atıb.
 

İqtisadiyyat       Tarix: 02 iyun 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son xeber havanın temperaturu bu gune olan xeberler cəbhədən son görüntülər