KTMT: "Qırğızıstan və Tacikistanın güc tətbiqini qəbul etmirik"
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) katibliyi Qırğızıstan və Tacikistan sərhədində baş verən toqquşmalar zamanı insanların həlak olması ilə bağlı başsağlığı verib.
KONKRET.az "Kommersant"a istinadən xəbər verir ki, KTMT mübahisəli məsələlərin həlli üçün güc tətbiq etmək cəhdlərini qəbuledilməz adlandırıb.
Təşkilat siyasi və diplomatik yanaşmalara alternativ olmadığını, davamlı kompromis əldə etmək üçün vasitəçilik səylərini artırmağa hazır olduğunu vurğulayıb.
"Qırğızıstan və Tacikistan KTMT-nin məsuliyyət zonasında sülhün və sabitliyin təmin edilməsinə böyük töhfə verir. Buna görə də Bişkek və Düşənbə arasında konstruktiv dialoq təkcə bu iki ölkə üçün deyil, təşkilata üzv olan bütün dövlətlərə lazımdır", – KTMT-nin saytında dərc olunan bəyanatda deyilir.
Qeyd edək ki, sentyabrın 14-də Qırğızıstan-Tacikistan sərhəddində atışmalar yenidən başlayıb. Təkcə Qırğızıstan tərəfdən 59 nəfər həlak olub, 140 nəfər yaralanıb. Sentyabrın 18-də tərəflər sərhəddə birgə patrul xidməti haqqında razılığa gəliblər.
İqbal Rzayev,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib