KTMT Tacikistana hərbi dəstəkdən İMTİNA ETDİ
Tacikistanın Əfqanıstanla sərhədinin müdafiəsi üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi qüvvələrinin cəlb edilməsinə ehtiyac yoxdur.
Pulika.az xəbər verir ki, bunu KTMT birləşmiş qərargahının rəisi Anatoli Sidirov "Russia Today"ə müsahibəsi zamanı bəyan edib.
O, bildirib ki, Tacikistan hərbçiləri sərhədin qorunması işinin öhdəsindən müvəffəqiyyətlə gəlirlər. Ölkənin yalnız texniki yardıma ehtiyacı var.
Qeyd edək ki, ABŞ və NATO qüvvələrinin Əfqanıstandan çıxarılmasının ardından ölkədəki Taliban yaraqlıları fəallaşıb. Onlar bir sıra əraziləri, o cümlədən də Tacikistanla sərhəd rayonlarını ələ keçiriblər. Sərhəd zastavalarında xidmət edən Əfqanıstan hökumət qüvvələrinin yüzlərlə hərbçisi isə ölüm təhlükəsi altında sərhədi keçərək Tacikistan ərazisinə daxil olublar.
Məsələ ilə bağlı Tacikistanın KTMT yanında daimi nümayəndəsi Həsən Sultonov sərhəd böhranının həlli üçün təşkilata müraciət edib. /publika.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər