"Küçə mühitində olan uşaqlarla iş sahəsində aidiyyəti qurumlar arasında fəaliyyət mexanizminin inkişafı" haqda təlimlər keçirilib

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın fəaliyyəti çərçivəsində "Regional İnkişaf" İctimai Birliyi tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Sosial Xidmətlər Agentliyinin tərəfdaşlığı ilə icra olunan "Küçə mühitində olan uşaqlarla iş sahəsində aidiyyəti qurumlar arasında fəaliyyət mexanizminin inkişafı" layihəsinə cəlb olunmuş sosial işçilər üçün beynəlxalq ekspert tərəfindən hazırlanmış proqram əsasında təlim keçirilib.
"Regional İnkişaf" İctimai Birliyinin ofisində 15-20 aprel tarixlərində təşkil olunan təlimin ilkin mərhələsində Sosial Xidmətlər Agentliyi, Bakı şəhəri üzrə yerli icra hakimiyyətləri, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi və "Ümidli gələcək" Gənclər İctimai Birliyində çalışan 30 sosial işçi iştirak edib. Növbəti mərhələdə təlimlər onlayn formatda davam etdiriləcək.
İnteraktiv formada keçirilmiş təimdə türkiyəli ekspert, Sakarya Universitetinin professoru Mehmet Zafer Danış tərəfindən iştiraçılara uşaqların reabilitasiyası və sosial xidmət, körpə və uşaq inkişafı, ekoloji sistem yanaşması, yetkinlik dövrü, milli və beynəlxalq hüquqda uşaq və uşaq hüquqları, cinayətə meyilli uşaqlar, küçə uşaqları və sosial risklər, küçə uşaqlarına yönəlmiş sosial siyasətlər və digər mövzular haqqında ətraflı məlumatlar verilib, onların çoxsaylı sulları cavablandırılıb.
Məlumat üçün bildiririk ki, layihə BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsasən küçə mühitində olan uşaqların hüquqlarının təmin olunması ilə bağlı qurumlar arasında çevik, koordinasiyalı və işlək mexanizmin yaradılması məqsədilə sosial işçilərin beynəlxalq təlim proqramı əsasında təlimləndirilməsi, aidiyyəti qurumlar tərəfindən küçə mühitində olan uşaqlar və ailələri üçün göstərilən xidmətlər və resurslar barədə məlumatların sistemləşdirilməsi (xidmətlər və resurslar xəritəsinin hazırlanması), sahə tədqiqatlarının aparılması ilə bağlı metodologiya və zəruri sənədlərin hazırlanması, ən azı 100 uşaqla bağlı tədqiqatın aparılması, onların və ailələrinin ehtiyaclarının müəyyənləşdirilməsi və təmin edilməsi istiqamətində müxtəlif tədbirlərin (sosial-psixoloji reabilitasiya, təhsil, səhiyyə, fərdi inkişaf, məşğulluq, hüquq dəstək, yaşayış, peşə hazırlığı, mədəni və s.) görülməsi və onların cəmiyyətə inteqrasiyasına dəstək göstərilməsidir.
/ azxeber.com

Sosial       Tarix: 23 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində


azerbaycan xeberleri yeni xeberler son xeberler oxu.az xeberler xəbərlər.com cəbhədən son görüntülər xəbər az