"Kül sənin oxumağından zövq alan rayonlunun başına" - Məşhur gitaraçı xalq artisitnə cavab verdi

"Kül sənin oxumağından zövq alan rayonlunun başına"Kül sənin oxumağından zövq alan rayonlunun başına".
Azxeber.com bakupost.az-a istinadən bildirir ki, bunu tanınmış gitara ifaçısı Rəhman Məmmədli Xalq artisti Sərxan Sərxan haqqında səsləndirib. Ötən gün Xalq artistinin verdiyi müsahibədə ifadə etdiyi "Rayon camaatı nə bilir teatr, konsert nədir?" ifadəsi musiqiçinin narazılığına səbəb olub.
Rəhman Məmmədli şəxsi Facebook hesabında Sərxan Sərxanı xalqdan üzr istəməyə səsləyib:
"Çox hörmətsiz Sərxan Sərxan! Əvvəla şəhər rayon söhbətini gündəmə gətirənlər mənim birmənalı düşmənimdir. Çünki rayon şəhərsiz, şəhər rayonsuz yaşaya bilməz. Sənə demək istəyərdim ki, səni nə məcbur elədi ki, bu ahıl yaşında bu qələti eləyəsən. Sən özünü nə boyda bir sənətkar sayırsan ki, rayon camaatına belə ittihamlar yağdırırsan? Axı sənin sənətin rayon camaatının nəyinə lazımdır? Kül sənin oxumağından zövq alan rayonlunun başına ki, sənin oxumağından zövq alır.
Hörmətsiz Sərxan Sərxan! Mən bir bəstəkar oğul böyütmüşəm ki, Amerika, Avropa onu tanıyır yazdığı simfonik əsərləri ilə. Amma sənin təbirincə rayon balasıdır. Sənə bir məsləhətim var. Çıxıb efirdə üzr istə. Amma çalış çıxışın Azərbaycan dilində olsun. Unutma ki, rayon da bizimdi, şəhər də. Çünki bir millətik."
Qeyd edək ki, Xalq artisti Sərxan Sərxanın Kulis.az-a verdiyi müsahibədə səsləndirdiyi bu fikirlər sosial şəbəkədə birmənalı qarşılanmayıb. 

Şou Biznes       Tarix: 29 iyun 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Evini 3,2 milyona satır - Fotolar

Amerikalı aktyor Ceyk Conson Los-Ancelesdəki evini satışa çıxarıb. "Yeni qız" ("New Girl") serialındakı Nik Miller obrazı ilə tanınan 48 yaşlı aktyorun müasir üslubda dizayn edilmiş evi 3 milyon 295 mi

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb. Məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbi

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

Məşhur aktyor 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. "The Rock" ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqra

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezenesi ən son xəbər cəbhədən xəbərlər cəbhədən görüntülər