Külli miqdarda dələduzluqda təqsirləndirilən qadının cinayət işinin BƏZİ DETALLARI

Külli miqdarda dələduzluqda təqsirləndirilən qadının cinayət işinin BƏZİ DETALLARIBakıda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Telli Adiyevanın cinayət işinin bəzi detalları məlum olub.
"Report"un əldə etdiyi məlumata görə, istintaqla müəyyən olunub ki, Telli Adiyeva Kəmaləddin Adiyevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Fərhad Əhmədova yalan vəd verərək ona qarşı dələduzluq edib.
Belə ki, F.Əhmədova külçə qızıl və zinət əşyaları alıb-satacağına və əldə olunacaq qazanca şərik edəcəyinə yalandan vəd verib aldatmaqla ondan hissə-hissə cəmi 161 min 649 manat 16 qəpik məbləğində dələduzluq edib.
Bundan başqa, o, təkrarən tamah niyyəti ilə Kəmaləddin Adiyevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında Elnur Tağıyevə külçə qızıl və zinət əşyaları alıb-satacağına və əldə olunacaq qazanca şərik edəcəyinə yalandan vəd verib 17 min manat məbləğində nağd pul alıb. Həmin pulun 5 min manatını Elnur Tağıyevə qaytarsa da, qalan 12 min manat pulu ələ keçirib.
Eyni zamanda, Telman Ağakişiyevə 6 min manat, Taleh Süleymanova 8 min manat, İlkin Əlixanova 7 min manat məbləğində dələduzluq edib. Daha sonra onlar Səbuhi Qədirova külçə qızıl və zinət əşyaları alıb-satacağına və əldə olunacaq qazanca şərik edəcəyinə yalandan vəd verərək aldatmaqla 52 min manat, Aida İbrahimovadan isə aldıqları 17 min manatın 10 min manatını ona qaytarsa da, 7 min manat məbləğində dələduzluq edib.
Həmçinin təqsirləndirilən şəxs Kəmaləddin Adiyevlə qabaqcadan ǝlbir olaraq, Gülnarə Rəhimovaya bank vǝ lombardlardan ucuz qiymətə qızıl-zinət əşyaları alıb satacağına və əldə olunacaq qazanca şərik edəcəyinə yalandan vəd verərək, 6 min 280 manat məbləğində dələduzluq edib.
İttiham aktında göstərilib ki, təqsirləndirilən şəxs tanışı Səfurə Zeynalzadəyə "Invest Az" şirkətində işlədiyini, dünya maliyyə bazar və birjalarına pul vəsaiti yatıraraq hər ay əlavə əldə olunacaq qazancdan ona verəcəyinə dair yalandan vəd verib aladadaraq, 8 min 500 manat məbləğində dələduzluq edib.
O, digər tanışı Aygün Əliyevaya da "Invest Az" şirkətində işlədiyini, dünya maliyyə bazar və birjalarına pul vəsaiti yatıraraq hər ay əlavə əldə ediləcək qazancdan ona vəd verib aldatmaqla ümumilikdə 10 min 870 manat məbləğində dələduzluq edib.
Qeyd edək ki, hazırda cinayət işi üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə araşdırılır.
İş üzrə 10 vətəndaş zərərçəkmiş şəxs qismində tanınıb.
Telli Adiyevaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsində ittiham irəli sürülüb.
Bu işdə adı hallanan Kəmaləddin Adiyevə qarşı isə Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülməklə ayrıca iş olaraq icraata ayrılıb.

Sosial       Tarix: 23 aprel 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində


azerbaycan xeberleri yeni xeberler son xeberler oxu.az xeberler xəbərlər.com cəbhədən son görüntülər xəbər az