Kupça'larla bağlı mühüm XƏBƏR - Əks halda vətəndaşlar

Kupça'larla bağlı mühüm XƏBƏR - Əks halda vətəndaşlar"Vətəndaş hər hansısa bir əmlaka külli miqdarda pul ödəyirsə, o əmlakın tikilmə və istismar müddəti ilə bağlı onlara rəsmi olaraq yazılı məlumatlar verilməlidir".
Bu fikirləri açıqlamasında Mərkəzi Rieltor Bürosunun direktoru, əmlak eksperti Elnur Fərzəliyev deyib. Onun sözlərinə görə, dünya təcrübəsində istismar müddətini bitirmiş binalardakı mənzillərin satış qiymətləri normal və nisbətən yeni tikilmiş mənzillərin satış qiymətlərindən bir neçə dəfə ucuz təklif olunduğu halda Azərbaycanda vətəndaşlar aldıqları əmlaklarla bağlı dolğun məlumat əldə edə bilmədikləri üçün qiymətlərlə bağlı məlumatsız olurlar.
Bakıda güclü zəlzələ olsa, yeni tikili binalar çökə bilər? –
"Vətəndaş hər hansısa bir əşya və yaxud məhsul alarkən aldığı məhsulun istehsal və bitmə tarixinə baxır. Həmçinin istehsalçı müəssisə və yaxud şirkətin rekvizitləri məhsullar üzərində qeyd olunur. Avtomobillərin texniki pasportlarında da onların istehsal tarixi və markaları qeyd olunur. Hər hansısa bir məhsul üzərində onun istehsal tarixi olmadıqda vətəndaş haqlı olaraq öz iradını satıcıya və yaxud istehsalçıya bildirməlidir. Ölkəmizdə son 20 ildə tikinti sahəsi çox sürətlə inkişaf edir. Lakın inşa edilən nə çoxmənzilli binalardakı mənzillərin sənədlərində, nə də fərdi yaşayış evlərinin çıxarış və texniki pasportlarında bu tikililərin tikilmə və istismar müddətinin bitməsi ilə bağlı məlumatlar var. Bu gün ölkəmizdə, xüsusən də paytaxt Bakı və digər böyük şəhərlərimizdə daşınmaz əmlakların satış qiymətləri əhalinin gəlirləri nisbətində yetəri qədər bahadır. Vətəndaş hər hansısa bir əmlaka yüksək məbləğfə pul ödəyirsə, o əmlakın tikilmə və istismar müddəti haqqında ona rəsmi olaraq yazılı məlumatlar verilməlidir. Əks halda vətəndaşların özlərinin də bilmədən ucuz əmlakları baha qiymətə almış olurlar".
Elnur Fərzəliyev qeyd etdi ki, bu qanunla da tənzimlənərsə alıcıların fırıldaqçılar tərəfindən aldanılmasının qarşısını ala bilər.
Uzun illərdir ki, artıq ölkəmizdə satılan əmlakların böyük bir hissəsi ipoteka və digər kreditli şərtlərlə satılır. Bəzən alıcı ipoteka krediti üçün banka müraciət edir, sənədlər toplayır, bəyəndiyi evə beh verir və sonda bütün sənədləri banka təqdim edərkən bank həmin binanın istismar müddətini bitirdiyi üçün sənədləri geri qaytarır və o mənzilə kredit ayırmır. Belə hallarda isə vətəndaş vaxt və pul itkisi ilə qarşılaşır, əlavə olaraq bəzi hallarda verdiyi behi belə geri ala bilmir. Bütün bu cür halların qarşısının alınması üçün mütləq şəkildə əmlakların rəsmi sənədlərində istehsal və istismar müddəti ilə bağlı məlumatlar yazılmalıdır. Bu cür məlumatların çıxarış və texniki pasportlarda yazılmaması onu deməyə əsas verir ki, istehlakçıların hüquqları uzun illərdir özləri də bilmədən pozulur. Yaxşı olardı ki, bütün çoxmənzilli yaşayış binalarının qarşısında həmin binaların tikilmə tarixi və tikən şirkətlə bağlı məlumatlar yazılsın". / azxeber.com

Sosial       Tarix: 01 aprel 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbər az butun xeberler sonxəbərlər ən son xəbərlər