Kupça'sız evlərlə bağlı şad xəbər - Ombudsman müraciət etdi

Kupça'sız evlərlə bağlı şad xəbər - Ombudsman müraciət etdiİl ərzində şəxsiyyət vəsiqəsi, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatla əlaqədar Ombudsmanın ünvanına daxil olmuş şikayətlər əsas etibarilə polis orqanlarının inzibati binalarının ünvanı üzrə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması, yaşayış yeri olmayan şəxslərin müvafiq sərəncama uyğun olaraq polis orqanlarının inzibati binalarının ünvanı üzrə qeydiyyata alınmalarından imtina edilməsi halları ilə bağlı olub.
AXZXEBER.COM xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.
Məruzədə bildirilib ki, həmin şikayətlər üzrə qanunvericiliklə müəyyən olunmuş qaydada araşdırmalar aparılaraq qanunamüvafiq tədbirlərin görülməsi təmin edilib.
"Bir sıra hallarda qeydiyyatdan çıxarılmış şəxslərin şəxsiyyət vəsiqələrinin etibarsız olması əmək müqavilələrinin bağlanmasını, təhsil müəssisələrinə qəbulu, tibbi və digər xidmətlərdən istifadəni mümkünsüz edir ki, bu da nəticə etibarilə həmin şəxslərin sosial təminat, sağlamlığın qorunması, təhsil və digər hüquqlarının məhdudlaşdırılmasına səbəb olur.
Yeri gəlmişkən, bir çox insanların yaşayış yeri və olduğu yer üzrə qeydiyyatla əlaqədar üzləşdikləri problemlərin aradan qaldırılması və onların öz hüquqlarından yetərincə istifadə etmələrinə şərait yaradılması məqsədilə özbaşına tikililərin və yeni tikililərdə olan mənzillərin dövlət qeydiyyatına alınması prosesinin sürətləndirilməsi zəruridir.
Qeyd edilənlərlə yanaşı, yaşayış yerinin alqı-satqısı zamanı yeni mülkiyyətçi tərəfindən həmin ünvana əvvəllər qeydiyyata götürülmüş şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının məhkəmədənkənar sadələşdirilmiş mexanizminin (yeni mülkiyyətçinin ərizəsi əsasında) tətbiqi ilə bağlı "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 9-cu maddəsinə müvafiq dəyişikliyin edilməsi də məqsədəmüvafiqdir.
Doğumun qeydə alınması, qeydiyyat barədə məlumatların müvafiq elektron sistemə yerləşdirilməsi, habelə yeni doğulmuş uşaqlara valideynlərin istəyinə uyğun adların verilməsi məsələləri də azadlıq hüququnun təmin edilməsinə əhəmiyyətli dərəcədə təsir edən amillərdəndir. Ombudsmana ünvanlanmış bu qəbildən olan müraciətlər üzrə də araşdırmalar aparılıb və qanunamüvafiq tədbirlərin görülməsi təmin edilib", - deyə məruzədə qeyd edilib. / azxeber.com

Sosial       Tarix: 03 mart 2025
f Paylaş

Oxşar xəbərlər

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bugun xəbərlər.com bugun xeberler son xeber 2026