Kürdə iki yeniyetmə batdı: biri xilas edildi, digəri öldü - TƏFƏRRÜAT / FOTO / YENİLƏNİB
Xəbər verdiyimiz kimi, bir qədər əvvəl Mingəçevirdə Kür çayında yeniyetmə boğularaq ölüb.
KONKRET.az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, Muhamməd Vüsal oğlu Məmmədli Mingəçevir şəhər 14 saylı orta məktəbin 9-cu sinfini bu il bitirib. Ailədə iki oğul övladından böyüyü Vüsal olub. O, üzməyi bacarmırmış. Evdən çıxarkən atasına uşaqlarla gəzməyə getmək istədiyini deyib.
Vüsal ilə birlikdə digər dostu da batma təhlükəsi ilə üzləşib. Onu ərazidə olan, "AZENKO" ASC-nin mühafizəçisi Sərxan Bəkirov xilas edərək sudan çıxarıb.
Həmin şəxsin fotosunu təqdim edirik:
Ehtiram Muradov,
KONKRET.az
20:08
Mingəçevirdə, Kür çayında yeniyetmə boğularaq ölüb.
KONKRET.az-ın bölgə bürosunun məlumatına görə, hadisə az öncə Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində baş verib.
İki yeniyetmə çimərkən boğulmaq təhlükəsi ilə üzləşiblər. Onlardan biri xilas edilsə də, 2008-ci il təvəllüdlü şəhər sakini Muhamməd Vüsal oğlu Məmmədli boğularaq həyatını itirib.
Onun meyiti sahilə çıxarılaraq audiyyati üzrə təhvil verilib.
Ehtiram Muradov,
KONKRET.az
19:06
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində 1 nəfər uşağın batması barədə məlumat daxil olub.
KONKRET.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində meyit tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi