Kürdə vəziyyət kritik həddə çatıb - VİDEO

Kürdə vəziyyət kritik həddə çatıb - VİDEOBu görüntülər Neftçalanın Aşağı Qaramanlı kəndindəndir. Nasoslar vasitəsi ilə vurulan su isə Kür deyil, dəniz suyudur. Şor, köpüşkənli. Bəli, Kürün deltasında Xəzər dənizinin suyu çaya qovuşaraq hələ də "irəliləmək"də davam edir.
Open.az BAKU.TV-yə istinadla xəbər verir ki, ilk günlər bu problem Neftçala şəhəri də daxil olmaqla 7 kənddə yaşanırdısa, indi isə artıq dəniz suyu Kür boyunca 60 kilometr məsafədən çox çaya qarışıb. Yəni, bu o deməkdir ki, Neftçalanın sonuncu yaşayış məntəqəsi olan Aşağı Surra kəndindən keçərək Salyan rayonunun Ərəbqardaşbəyli kənd ərazisinədək gəlib çatıb.
İndi Neftçalada içməli su problemi yaşanır. Doğrudur, şəhər əhalisini içməli su ilə təmin etmək üçün rayona 20-dən çox su maşını cəlb edilib. Həmin maşınlar Salyan ərazisindən su götürərək Neftçalaya daşıyır. Ancaq Kürün suyu o qədər şorlaşıb ki, hətta mal-qara onu içmir. Təsərrüfat sahibləri isə susuzluqdan yanan pambıq sahələrini şorlaşmış su ilə suvarmaq məcburiyyətində qalıblar.
Mütəxəsislər hesab edir ki, bu il havalar quraq keçdiyindən Kür çayında suyun səviyyəsi minimum həddən də aşağı düşüb. Çayda axar tamamilə dayanıb. Çayın ən çökək yeri olan Xəzərə tökülən hissəsində dəniz sularına qarışaraq geri axmağa başlayıb. Digər tərəfdən də lilsovuran gəmilərlə dibdərinləşdirmə işləri aparıldığından dənizin suyu çaya asanlıqla girə bilir.
Növbə isə Salyanındır. Kür çayının rayonun Ərəbqardaşbəyli kəndi ərazisindən keçən hissəsində şorlaşma müşahidə olunur. Mütəxəssislərin fikrincə, problem yaşanmasın deyə, Kürün deltasında süni maneələr yaratmaqla çayın səviyyəsi ya qaldırılmalı, ya da Mingəçevir su anbarından buraxılan suyun həcmi artırılmalıdır. Əgər vaxtında qabaqlayıcı tədbirlər görülməzsə, hər iki rayonda vəziyyət faciəli həddə çata bilər.

Hadisə       Tarix: 18 iyul 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üçü eyni ailənin üzvü olmaqla 4 nəfər xəsarət alıb. trend- ə istinadən xəbər verir ki, qəza rayonun Arazbar kəndində baş verib. Kənd sakini, 1979-cu il təvəllüdl

Ceyranbatanda 10 şagird zəhərləndi

Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, şagirdlərin "popkorn"dan zəhərləndiyi ehtimal olunur. Hazırda məktəb ərazisinə təcili yardım briqadas

Tovuzda ağır qəza - 3 nəfərin vəziyyəti ağırdır

Tovuzda yol qəzası baş verib. xəbər verir ki, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb. "VAZ 21011" markalı avtomobillə "Opel" markalı maşın toqquşub. İlkin məlumata görə, hadisədə üç nəfər xəsarə

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı əlavə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qətli törədənlərin "Sabunçu Emil" və MMA döyüşçüsü kimi tanınan Elnar adlı şəxslər olduğ

Cavid Ağaməliyev həbs edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki "Naxçıvan Aqroservis" ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb. -ın məlumatına görə, prokuror cinayəti

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq öldü

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq ölüb. xəbər verir ki, Buzovna qəsəbəsində 2024-cü il təvəllüdlü F.C evinin qarşısındakı su kanalına düşərək boğulub. F.C meyiti sudan çıxarılıb. Araşdırmalar rayon prokurorluğ

Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı

Kəlbəcərdə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Kəlbəcər-İstisu avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan "KİA" markalı minik avtomobili idarəetmədə

Göyçayda 26 min manatlıq oğurluq: kürəkən və qayınata tutuldu

Göyçay rayonu ərazisində silsilə oğurluqlar edilib. KONKRET.azxəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, evlərə daxil olan naməlum şəxslər 24 min manatdan artı

Bakı məktəbində faciə: 7-ci sinif şagirdi…

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.  bildirir ki, -ın əldə etdiyi məlumata görə, məktəbin 7-ci sinif şagirdi olan qız pəncərədən yıxılıb. Hadisə nəticəsində şagird həyatın


son xeberler azerbaycan xeberleri yeni xeberler en sonxeber apa.az xeberler hava proqnozu beynelxalq bank mezenne