Kürdəmirdə qanunsuz ov edənlər saxlanılıb, silahları götürülüb
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər zamanı rayonun Qarabucaq kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən dörd nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan azxeber.com-a verilən məlumata görə, aparılan araşdırmalarla onların kənd sakinləri C.Bünyətov, F.Bünyətov, Göyçay rayon sakinləri – Q.Mahmudov və C.Mahmudov olduqları müəyyən edilib.
Həmin şəxslərdən müvafiq sənədləri olmayan iki ədəd "İJ" markalı ov silahı və qanunsuz olaraq ovlanmış heyvanlar aşkarlanaraq götürülüb.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi istiqamətində keçirilən digər bir tədbir zamanı isə rayonun Pirili kənd sakini İ.Kərimovdan bir ədəd müvafiq sənədləri olmayan "İJ" markalı ov tüfəngi aşkarlanıb.
Faktlarla bağlı Kürdəmir RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi