"Labubu" kuklaları niyə bu qədər bahadır? - Səbəblər

Xəbər verdiyimiz kimi, "Pop Mart"ın rəhbəri Vanq Ninq bu il sərvətini 20 milyard dollar artırıb. "Labubu" oyuncaqlarına artan tələbat "Pop Mart International Group"un qurucusu və rəhbəri Vanq Ninqi dünyanın ən çox qazanan milyarderlərindən birinə çevirib.
KONKRET.az xəbər verir ki, "Yeni Sabah" "Labubu" kuklasının baha olmasının və ona tələbatın artmasının səbəblərini araşdırıb.
İlk baxışda sadə vinil fiqurlar kimi görünən bu kiçik kuklaların bəzilərinin qiyməti yüzlərlə, hətta minlərlə dollar səviyyəsinə qədər yüksəlir.  Bunun səbəblərindən biri kuklaların məhdud buraxılışıdır. Tələbat yüksək, amma məhsul az olduğu üçün qiymətlər sürətlə qalxır
Labubu obrazı Honq Konqlu dizayner Kenny Wong tərəfindən yaradılıb. Onun yaratdığı "The Monsters" seriyası dünya üzrə kolleksiyaçılar arasında böyük populyarlıq qazanıb. Dizayner brendləri həmişə adi oyuncaq istehsalçılarından daha bahalı olur, çünki onlar unikal dizaynla təqdim olunur, yüksək keyfiyyətli materiallardan istifadə edilir və məhsulun arxasında tanınmış bir sənətçi imzası var.
Labubu kuklalarının bahalı olmasının digər səbəbi onun adi oyuncaq deyil, kolleksiya əşyası kimi qiymətləndirilməsidir. Bəzi modellər yalnız xüsusi tədbirlərdə və ya lotereya üsulu ilə satışa çıxarılır.
Nəticədə, satış bitən kimi həmin nadir modellər ikinci əl bazarında 2-5 dəfə baha qiymətə təklif olunur.
Məsələn, ilkin satışda 60 dollara satılan limitli bir Labubu kuklasının qiyməti qısa müddətdə 300-500 dollara qədər yüksələ bilir.
Labubu kolleksionerləri arasında təkrar satış bazarı çox aktivdir. Məhdud buraxılışlı modelləri erkən əldə edən satıcılar, onları qısa müddətdə bir neçə qat baha qiymətə satışa çıxarır. Bu səbəbdən bəzi nadir Labubu modelləri hazırda hətta 1000 ABŞ dollarından baha qiymətə təklif olunur.
Labubu kuklaları yüksək keyfiyyətli vinil materialdan hazırlanır. Onların istehsalında incə detallar, əl işi boyama və xüsusi qablaşdırma istifadə olunur. Bu da onları ucuz, kütləvi istehsal olunan fiqurlardan fərqləndirir.
Bütün bunlara görə, "Labubu" kuklalarının bahalı olmasının əsas səbəbləri məhdud buraxılış, kolleksiya dəyəri, məşhur dizayner işi və bazarda yüksək tələbatdır. Dünyada kolleksiyaçılıq trendi artdıqca bu kuklaların qiyməti də yüksəlməyə davam edir.

Sosial       Tarix: 31 avqust 2025
f Paylaş

Oxşar xəbərlər

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

31 avqust üçün rəsmi valyuta məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 31-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, hesabat tarixinə ABŞ dollarının manata nisbətdə məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Avronun məzənnəs

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi


azerbaycan xeberleri son xeberler yeni xeberler dunya xeberleri kriminal son xeberler bugun 2026 azerbaycan valyuta məzənnələri