Laçın rayonu həm döyüş meydanında, həm də siyasi yolla azad edildi

Laçın rayonu həm döyüş meydanında, həm də siyasi yolla azad edildiLaçın rayonu strateji əhəmiyyətə malik bir rayondur. 1992-ci il may ayının 18-də Laçın rayonunun xəyanət nəticəsində bədnam qonşularımız tərəfindən işğal edildikdən sonra bir-birinin ardınca digər rayonlar işğala məruz qald və köçkün karvanlarının sayı çoxaldı. Çünki Ermənistandan Qarabağa gedən yol məhz Laçın rayonundan keçirdi. 
İşğaldan sonra Laçın rayonunun əhalisi ölkənin müxtəlif rayonlarında məskunlaşdı. İşğala qədər rayonda 1 şəhər, 1 qəsəbə, 125 kəndi olan Laçın əhalisi məcburi köçkün kimi ölkəmizin 58 şəhər və rayonlarında məskunlaşdılar. Öz dədə-baba yurdlarından ayrı düşmələrinə baxmayaraq adət-ənənələrini qoruyub saxladılar. 
Laçın igidlər məskənidir. Həm 1-ci, həm də 2-ci Qarabağ müharibəsində Laçının mərd oğulları öz igidlikləri ilə seçildilər. 285 nəfəri şəhid oldu. Müharibədə şücaət göstərmiş laçınlılardan 5 nəfəri Azərbaycan Milli Qəhrəmanı adına layiq görüldü. 
Biz Laçını həm döyüş meydanında, həm də siyasi yolla qaytardıq. 2-ci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi. Məhz Laçın rayonunun cənub hissəsi döyüşərək azad edildi.  
Bu gün Laçın rayonunun Ermənistanın işğalından azad edilməsindən 3 il ötür . 44 günlük Vətən Müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ermənistan üzərində şanlı qələbə qazanaraq torpaqlarımızın 30 ilə yaxın davam edən işğalına son qoyuldu. 
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı 10 noyabr tarixli bəyanata əsasən, Laçın rayonu dekabrın 1-də Azərbaycana geri qaytarıldı. Buna qədər ordumuz böyük qəhrəmanlıq nümayiş etdirərək Laçın rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2020-ci il fevralın 14-də Laçın rayonuna səfəri zamanı Güləbird kəndində Azərbaycan bayrağını qaldırdı. 
Bu gün işğaldan azad olunmuş digər ərazilərimiz kimi Laçın rayonunda da böyük quruculuq, abadlıq işləri həyata keçirilir. Laçında inşa olunan və 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılan hava limanı bölgənin beynəxalq statusunu artıracaqdır. İşğaldan azad edilmiş rayonumuzda yol infrastrukturunun da tikintisi diqqətdə saxlanılır. Prezident İlham Əliyevin sərəncamına əsasən, tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72.8 kmdir. 
Bu gün Laçına yeni həyat qayıdır. İllərlə yurd həsrəti çəkən sakinlərin qayıdışı ilə Laçın daha da gözəlləşib canlanacaq. Eyni zamanda Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcək. 28 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Məsim Məmmədov Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Prezidentin xüsusi nümayəndəsi təyin olundu. Prezident İlham Əliyev Məsim Məmmədovu qəbul edərkən bu sözləri deyib: "Siz Laçın rayonunda Prezidentin xüsusi nümayəndəsi vəzifəsinə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir. Əminəm ki, siz bu etimadı doğruldacaqsınız. Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir. Rayonun böyük potensialı var. Əlbəttə ki, Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlər bundan sonra Laçında rahat yaşamalıdırlar və Azərbaycan dövləti bunu təmin edəcək".
Mən də bir şəhid atası kimi Ali Baş Komandanımız İlham Əliyevin apardığı siyasəti dəstəkləyir, öz ata-baba yurdumuzu bizə qaytardığı üçün və doğma Laçınımızda quruculuq işləri apardığı üçün laçınlılar adından, Laçın rayon Çıraqlı kənd sakinləri adından dərin təşəkkürümü bildirirəm və doğma yurduma - Laçınıma qayıdacağım günü səbirsizliklə gözləyirəm.
Mamed Əhmədov
Vətən Müharibəsi şəhidi Mənsur Əhmədovun atası, əslən Laçınlı olan Abşeron rayon sakini / azxeber.com

Siyasi       Tarix: 31 mart 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Hacıqabul rayonundan sosial media hesablarında paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva rayon ərazisindən keçərkən qarşılaşdıqları göy qurşağının görüntülərin

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler azerbaycan meherremlik 2026 sonxeberler son xeber az