Laçın və Kəlbəcərdə üç yaşayış məntəqəsinin tikintisinə başlanılır
Sərgi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın və Kəlbəcər rayonlarında 1 qəsəbənin (Qorçu) və 2 kəndin (Çaykənd, Qamışlı) yenidənqurma layihəsi üzrə müqavilələr imzalanıb.
KONKRET.azxəbər verir ki, bu barədə Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, "Azərdövlətsənaye" Dövlət Layihə İnstitutu ilə Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti arasında Kəlbəcər rayonunun Çaykənd və Qamışlı kəndlərinin yenidənqurulması işlərində layihələndirmə işinin hazırlanmasının satınalmasına dair müqavilələr bağlanıb.
Həmçinin "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu ilə Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti arasında Laçın rayonunun Qorçu qəsəbəsinin tikintisi layihəsinin hazırlanması dair satınalma müqaviləsi bağlanılıb.
Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktoru vəzifəsini icra edən Fəxrəddin Verdiyevin sözlərinə görə, müqavilələr qeyd olunan yaşayış məntəqələrində minə yaxın fərdi evin, tam orta məktəblərin, uşaq bağçalarının və digər ictimai obyektlərinin layihələndirmə işlərinin satınalınmasını əhatə edir.
Turlar.az [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR