Laçında keçmiş məktəb direktoruna qarşı DƏLƏDUZLUQ

Laçında keçmiş məktəb direktoruna qarşı DƏLƏDUZLUQLaçın rayon 1 saylı Uşaq musiqi məktəbinin keçmiş direktoru Gülsüm Məhərrəmova dələduzluq cinayətinin qurbanı olub.
KONKRET.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Gülsüm Məhərrəmova 2022-ci ildə sözügedən məktəbdəki vəzifəsindən öz ərizəsi ilə çıxdıqdan sonra Bakıda fəaliyyət göstərən uşaq bağçalarından birinə müdir təyin olunmaq istəyib.
Həyat yoldaşının tanışlarından biri ona Yaqut adlı bir uzaq qohumunun Elm və Təhsil Nazirliyində çalışdığını və bu məsələdə kömək göstərə biləcəyini deyib. Gülsüm Məhərrəmova həyat yoldaşı ilə birlikdə Yaqut adlı həmin şəxslə görüşüb. O, 33 000 manat müqabilində bu məsələnin həll olunacağını bildirib. Razılaşmadan sonra göstərilən məbləğ Yaqut adlı xanıma təqdim edilib.
Daha sonra məlum olub ki, Yaqut bu məsələ ilə bağlı Sabrina adlı başqa bir şəxslə əlaqə saxlayıb və işi onun vasitəsilə həll edəcəyini bildirib. Sabrina bağçaya təyinat üçün Yaqutdan 25 000 manat tələb edib. Yaqut ona 19 000 manat verib və qalan məbləğin isə iş həll olunduqdan sonra ödəniləcəyini deyib. Verilən vəd yerinə yetirilmədiyindən Gülsüm Məhərrəmova hüquq-mühafizə orqanlarına müraciət etməyə məcbur olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddələri ilə cinayət işi başlanıb. Cinayət işinə Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə baxılıb.
Hər iki şəxs – Sabrina və Yaqut verilən ittihamlar üzrə təqsirli biliniblər. Məhkəmənin hökmü ilə Yaquta 2 il 2 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə, Sabrinaya isə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.

Hadisə       Tarix: 09 aprel 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı

Xankəndidə 24 yaşlı gəncin üzərindən narkotik vasitə aşkarlanıb. -a istinadən xəbər verir ki, 24 yaşlı Sahib Rzayev (şərti) Xankəndi şəhərində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılan yoxlama zaman

Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU

Bakıda yeniyetmə oğlan bıçaqlanıb. KONKRET.azxəbər verir ki, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil

Bakıda minik avtomobili atla toqquşdu

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. KONKRET.azxəbər verir ki, hadisə saat 16 radələrində Murad Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində baş verib. Hadis

Almaniyada 18 yaşlı gənc sərnişin avtobusunu qaçırdı

Almaniyanın Bremen şəhərində autizmdən əziyyət çəkən 18 yaşlı gənc sərnişinlərlə dolu marşrut avtobusunu qaçıraraq xəyali marşrut üzrə idarə edib. bildirir ki, bu barədə NDR teleradio şirkəti yerli polisə istinadən məluma

Masazırda ağır qəza: ölən var

Masazırda avtomobil piyadanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Vahim Xankişi oğlu Vahidov idarə etdiyi "Mersedes Benz Viano" markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Duzlu göl adlanan ərazid

Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ

Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov ölüb. "Trend"ə istinadən xəbər verir ki, Fərəc Həsrətov bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib

Cavid Ağaməliyev həbs edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki "Naxçıvan Aqroservis" ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb. -ın məlumatına görə, prokuror cinayəti

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki

33 il sonra Afrikada da keçiriləcək

Formula 1 Ruandada Afrika Qran-prisinin keçirilməsi ilə bağlı onillik müqavilə imzalayıb, ilk yarışın 2030-cu illərin əvvəllərində baş tutması nəzərdə tutulur. xəbər verir ki, bu barədə məlumatı Formula 1-in mətbuat xidmət


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbər.az cəbhədən son xeber xeber xəbərlər.com