Laser Beauty' estetik klinikasının baş həkimindən ittihamlara cavab: 'Ağladım, şiddət kimi qələmə verdilər

Laser Beauty' estetik klinikasının baş həkimindən ittihamlara cavab: 'Ağladım, şiddət kimi qələmə verdilər"Klinikamız səkkiz ildir fəaliyyət göstərir. Hər il də yoxlama keçirilir. Bu dəfə də yoxlama keçirilib, amma iddia olunan nöqsanlar absurddur".
azxeber.com xəbər verir ki, bunu oxu.az-a açıqlamasında "Laser Beauty Estetik Klinikası" MMC-yə məxsus özəl tibb müəssisəsinin baş həkimi Rəna Soltanova deyib.
"Bildirirlər ki, soyuducunun dərəcəsini yarım saatdan bir ölçməliyik. Əgər mən həmin soyuducuda buz saxlayıb prosedurdan sonra dodağa qoyuramsa, o soyuducunun dərəcəsini niyə ölçüm? Biz burada kosmetoloji prosedurlar həyata keçiririk. Klinikada təmizliyə, səliqəyə fikir veririk, çalışırıq ki, buraya gələn xanımlar razı qalsınlar. Hər otaqda soyuducu var. Preparatları dolablarda saxlayırıq, çünki soyuducuda dona bilər. Digər səbəb isə əvvəlki stomatoloqun burada qalan əşyaları ilə bağlı olub. Stomatoloji otaqda cərrahi prosedur həyata keçirilməyib. Sadəcə, stomatoloqun müəyyən əşyaları burada qalıb. Burada ümumiyyətlə cərrahiyyə yoxdur. Mən həm də yazaram, bir otağımda 500-ə yaxın kitab var. İndi bu o deməkdir ki, həmin otaq kitabxanadır?"
Rəna Soltanova deyib ki, klinikada lazer epilyasiyası ustalarının və SMM işlərini həyata keçirən işçilərin tibb bacısı olmamaları da onlara nöqsan kimi bildirilib:
"Mən onlardan soruşuram ki, lazer epilyasiyası üçün hara gedirsiniz? Deyirlər, gözəllik salonlarına. Onlardan soruşdum ki, bəs deyirsiniz, gözəllik salonlarında lazer epilyasiyası etdirmək olmaz. Bəs niyə onları yoxlamırsınız? Mənə cavab verdilər ki, onların lisenziyası yoxdur deyə yoxlama apara bilmirlər. Mən də bildirdim ki, bizim lisenziyamız var deyə yoxlama aparılır və belə xırda nöqsanlar tutulur, amma onların lisenziyası yoxdur deyə heç yoxlama da apara bilmirsiniz. Sonda mənə deyiləndə ki sizin "Instagram" üçün video çəkən işçiniz də tibb bacısı olmalıdır, bu məqamda mən donub qaldım. Qanun qarşısında nə deyə bilərəm ki?! Amma mən əminəm ki, bu, belə qalmaz".
Yoxlama zamanı nazirlik əməkdaşlarına müqavimət göstərilməsi ilə bağlı məqama gəlincə isə Rəna Soltanova bunu da təkzib edib:
"Yoxlama zamanı göstərilən nöqsanlar absurd idi. Bizə lisenziyanı Analitik Ekspertiza Mərkəzi verib. Buna görə yoxlama zamanı səslənən nöqsanlara, sadəcə, emosional reaksiya vermişəm. Onlarla ağlaya-ağlaya danışmışam. Bunu şiddət kimi qələmə veriblər".

Sosial       Tarix: 24 yanvar 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Məhərrəmlikdə musiqiyə din necə baxır? - İlahiyyatçı açıqladı

Məhərrəmlik ayı yaxınlaşdıqca cəmiyyətdə dini mövzular ətrafında müzakirələr də artır. Xüsusilə yas və matəm günlərində musiqiyə qulaq asmağın din baxımından necə qiymətləndirilməsi ilə bağlı fərqli fikirlər səsləndirilir

Valyuta məzənnələri AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. KONKRET.azxəbər verir ki, iyunun 8-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat, Türkiyə lirəsi 0,0369 manat təşkil edib. Öz növbəsində, Avro 1,960

Bu yay istirahət üçün hansı ölkələr daha əlçatandır? - AÇIQLAMA

Bu yay istirahət planlayanlar üçün ən vacib suallardan biri hansı ölkələrin daha sərfəli olmasıdır. Qiymət dəyişiklikləri və tur paketlərinin artıb-azalması seçimlərə birbaşa təsir göstərir. Buna görə də turistlər büdcələrin

Həkim səhvinə görə kompensasiya almaq mümkündür?

Tibbi xidmətlərin göstərilməsi zamanı yol verilən yanlışlıqlar, səhv diaqnozlar və ya qeyri-peşəkar müdaxilələr nəticəsində vətəndaşların sağlamlığına zərər dəyməsi halları hüquqi müstəvidə ciddi şəkildə araşdırılan mövzulardandır

"Son zəng"də bunlar qadağandır - Rəsmi

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatına əsasən, bütün dövlət ümumi təhsil müəssisələrində ənənəvi "Son zəng" tədbiri iyun ayının 13-də keçiriləcək. xəbər verir ki, bu barədə Məktəbəqədə

Mənzildən ata və məktəbli oğlunun meyiti tapıldı - Foto

Bakı şəhər Binəqədi rayonu 9-cu mikrorayon ərazisində faciəvi hadisə baş verib. xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mənzillərin birində 13 yaşlı Kamran Abıyev və atası Əbülfəz Abıyevin meyit

Tənzilə Rüstəmxanlı: Saxta profillərə görə məsuliyyət artırılmalıdır

Xəbər verdiyimiz kimi, 16 yaşı tamam olmamış şəxslərin sosial platformalarda fərdi rəqəmsal hesab yaratmasına icazə verilməyəcək. Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, həmçinin Hüquq siyasəti v

Nərimanovda evdən 70 min manatlıq qızıl oğurlandı

Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb. xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nərimanov rayonunda yerləşən evlərin birindən ümumi dəyəri 70 min manat olan qızıl-zinət əşyalarını

Vüqar Behbudov direktoru işdən çıxardı - Yeni təyinat

"Osman Mirzəyev Adina 5 Sayli Uşaq Evi Sosial Xidmət Müəssisəsi" Publik Hüquqi Şəxsin direktoru vəzifəsindən ayrılıb. . Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovun müvafiq əmri ilə Quliyev


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta axsam az xeberler cəbhədən son dəqiqə