Latviya Prezidenti Egils Levits İlham Əliyevi təbrik etdi
Latviya Respublikasının Prezidenti Egils Levits Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, Azərbaycan Respublikasına və onun xalqına əbədi sülh və firavanlıq arzulayıram.
Latviya ilə Azərbaycan arasında dostluğa və qarşılıqlı marağa əsaslanan konstruktiv münasibətlər formalaşıb. Sizinlə Bakıda keçirilən son görüşümüzü və fikir mübadiləmizi, eləcə də bu ilin yazında Qlobal Bakı Forumunda iştirakımı ən xoş təəssüratlarla xatırlayıram. Əminəm ki, ikitərəfli və çoxtərəfli gündəliyimizin daha da inkişafı üçün biz bu müsbət ənənəni uğurla davam etdirəcəyik.
Bu gün Rusiyanın Ukraynaya qarşı müharibəsinin şahidi olduğumuz bir vaxtda Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin fundamental prinsipinə əsaslanaraq beynəlxalq təhlükəsizliyi qorumaq üçün birgə çalışmaq həmişəkindən daha vacibdir.
Əminəm ki, biz birlikdə çalışmaqla xalqlarımızın sülh və təhlükəsizlik şəraitində inkişafını təmin edəcəyik.
Zati-aliləri, ən yüksək ehtiramımı bildirir, Sizə və Azərbaycan xalqına möhkəm cansağlığı və rifah arzulayıram". / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi