Latviya səfərbərlikdən yayınan ruslara viza verməyəcək
"Latviya səfərbərlikdən yayınan ruslara humanitar və digər növ vizalar verməyəcək".
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu Latviyanın xarici işlər naziri Edqar Rinkeviç deyib.
O əlavə edib ki, Latviya Şengen vizası olan Rusiya vətəndaşları üçün sentyabrın 19-dan tətbiq edilən sərhədi keçmək məhdudiyyətlərini dəyişmək niyyətində deyil.
Qeyd edək ki, Baltikyanı ölkələr Rusiya vətəndaşlarının ölkəyə girişini məhdudlaşdırmağa razılaşıblar.
Estoniya, Litva, Latviya və Polşada qohumları olan rusiya vətəndaşları, diplomatlar, iş və təhsil vizası sahibləri üçün bu qadağalar istisna edilib.
Xəbər verdiyimiz kimi, Rusiyada bu gündən Vladimir Putinin fərmanı ilə qismən səfərbərlik elan edilib. Müdafiə naziri Sergey Şoyqu 300 min ehtiyatda olan hərbçinin orduya çağırılacağını açıqlayıb.
İqbal Rzayev,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib