Lavrov: "Əməliyyatların coğrafiyası genişlənə bilər"
"İndi əməliyyatların coğrafiyası başqadır. Bu, yalnızca DXR və LXR (qondarma Donetsk və Luqansk respublikaları – red.) deyil, bu həm də Xerson, Zaporojye vilayətləri və digər ərazilərdir, bu proses davam edir – özü də ardıcıl və davamlı şəkildə gedir".
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
XİN başçısı xəbərdarlıq edib ki, əgər Qərb ölkələri Kiyevi uzaqmənzilli silahlarla, xüsusən də ABŞ-ın HIMARS reaktiv yaylım atəşi sistemləri ilə təmin edərsə, o zaman hərbi əməliyyatların coğrafi məqsədləri daha da genişlənəcək.
Qeyd edək ki, iyunun 24-də HIMARS-ın Rusiyanın Ukraynaya təcavüzünə qarşı müqavimətdə istifadəsinə dair video yayılmağa başlayıb. Videoda gecə saatlarında Rusiya qoşunlarının mövqelərinə 6 raket atılıb.
HIMARS Ukrayna Silahlı Qüvvələri tərəfindən cəbhə xəttinə yaxın, eləcə də arxa cəbhədə, komanda məntəqələrində, qərargahlarda, silah anbarlarında və kazarmalarda Rusiyanın mövqelərinə yüksək dəqiqliklə zərbələr endirmək üçün istifadə olunur, üstəlik, HIMARS Rusiya qoşunlarının maddi-texniki təchizatı və komandanlığının fəaliyyətini pozmaq üçün güclü silaha çevrilib. Ukrayna qoşunlarının Rusiya komandanlıq məntəqələrinə hücumlar üçün HIMARS-dan uğurlu və səmərəli istifadə etdiyi qeyd edilir.
Pentaqonun məlumatına görə, Ukrayna Ordusu silahların yüksək dəqiqliyi və əhəmiyyətli məhvetmə radiusundan istifadə edərək Rusiya qoşunlarına qarşı "əhəmiyyətli uğur" əldə edib.
Ukrayna Silahlı Qüvvələri HIMARS və M270-lərdən 20-dən çox iri artilleriya sursat anbarını, habelə Rusiya hərbçilərinin nəzarətində olan ərazinin dərinliklərində (cəbhə xəttindən 40-80 kilometr aralıda) olan digər obyektləri məhv etmək üçün istifadə edir.

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?