Lavrovla Çavuşoğlu arasında KRİTİK GÖRÜŞ: Cənubi Qafqazda... (YENİLƏNDİ)
Oktyabrın 30-da Romada keçirilən "G20" sammiti çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyədən olan həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.
Publika.az Rusiya Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, söhbət zamanı əsas diqqət Balkanlarda və Cənubi Qafqazda vəziyyətin daha da sabitləşdirilməsi üçün iki ölkənin səylərinin əlaqələndirilməsinə yönəldilib. Bosniya nizamlanmasının təşviqi üçün birgə addımların, o cümlədən çoxtərəfli formatların istifadəsi ilə mümkünlüyü müzakirə edildi.
İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunmasının və Cənubi Qafqazda qarşılıqlı faydalı infrastruktur layihələrinin təşviqi məqsədilə "3+3" regional mexanizminin işə salınmasının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Beynəlxalq gündəlikdəki bir sıra məsələlərə və ikitərəfli münasibətlərin əsas aspektlərinə toxunulub.
xxx
22:13
Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında görüş başlayıb.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Görüş "Böyük iyirmilik" (G20) ölkələrinin dövlət və hökumət başçılarının sammiti çərçivəsində baş tutur.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək