Lazım olmayan mahnıların təbliğatını aparan televiziyalardır
"Lazım olmayan mahnıların təbliğatını edənlər elə televiziyalardır".
azxeber.com xəbər verir ki, bu sözləri ARB televiziyasında yayımlanan "İncə səhər" verilişinin canlı efirində aktyor Azər Axşam deyib.
"Gəlin boynumuza alaq ki, televiziyalarda bayağı mahnıların reklamları çox gedir. Bayağı dediyimiz ifaçılar verilişlərə çox çağırılır. Səbəb də, bunun "youtube"da filan qədər izləyicisi var. Nə olsun? Səviyyəli musiqinin təbliğatı işi televiziyaların üzərinə düşür. Bayağı müğənni dəvət olunanda onun gəlib efirdə "nay naynay" mahnılarını oxumasına qadağa qoyulmalıdır. Efirin efir mahnısı olmalıdır".
Aktyor belə olan təqdirdə həmin müğənninin daha çox seviləcəyinə əmin olduğunu dilə gətirib:
"İnanın ki, bu həmin müğənni üçün xeyirdir. Çünki o gəlib burda bəstəkar mahnıları ifa etsə, tamaşaçı deyəcək əhsən! Deməli bunu da bacarır. Əgər efirlər qadağa qoysa ki, bayağı mahnılar yığışdırılsın, inanın ki, efirə gəlmək istəyən o müğənni də daha yaxşı mahnılar oxumağa başlayacaq. Özlərini kəşf edəcəklər bu yolla. Efir toy tutmaq yeri deyil. Toy bizim mədəniyyətimiz yox, adətimizdir".
Aysel

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var