Lənkəranda 10 kiloqram narkotik vasitə və silah-sursat ələ keçirildi
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 37 yaşlı Ağa Ağayev saxlanılıb.
azxeber.com xəbər verir ki, DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin şəxsdən tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 10 kiloqram marixuana aşkarlanıb.
Araşdırmalarla A.Ağayevin narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi müəyyən edilib.
Həyata keçirilən digər tədbirlərlə isə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 35 yaşlı Elşad Səfərov saxlanılıb. Ondan "Makarov" markalı tapança, 8 ədəd patron və daraq aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır