Lənkəranda 11 yaşlı qızı zorlayan şəxsə 17 il həbs verildi
2023-cü ildə Lənkəran rayonunun kəndlərindən birində 11 yaşlı qıza təcavüz etmiş Lənkəran şəhər sakini, 1979-cu il təvəllüdlü Ceyhun Liftiyevə hökm oxunub.
KONKRET.az Publika.az-a istinadən xəbər verir ki, C.Liftiyev Cinayət Məcəlləsinin 150.3.3-cü (14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq əməlləri) maddəsi ilə təqsirli bilinib.
Məhkəmədə bildirilib ki, Ceyhun Liftiyev Lənkəranla Bakı arasında özünə məxsus "Mercedes-Benz" markalı avtomobillə taksi fəaliyyəti göstərib və ailəlidir, üç uşaq atası olub.
Onun təcavüz etdiyi 11 yaşlı qız isə Ceyhunun arvadının əmisi nəvəsi olub və hadisə vaxtı beşinci sinifdə oxuyurmuş.
Ceyhun həmin kəndə qohumuna çatacaq bağlamanı apararkən azyaşlı qızın evdə tək olmasını bilib və mənzilə daxil olaraq sərxoş halda ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Axşam saatlarında 11 yaşlı qız başına gələnləri qonşuluqda yaşayan qohumuna və nənəsinə deyib və polisə məlumat verilib. Az sonra Ceyhun Liftiyev saxlanılıb və barəsində cinayət işi açılıb.
Ağır Cinayətlər Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli hökmü il Ceyhun Liftiyev 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdə onun cəzasını ciddi rejimli müəssisədə çəkməsi də qeyd edilib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Bakıda yaşayış binasında uçqun
Cavid Ağaməliyev həbs edildi
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA
Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edildi
Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Hindistanın XİN rəhbəri Azərbaycana gəlir