Lənkəranda 3 yaşlı uşaq qızılcadan öldü
Lənkəranda qızılca xəstəliyindən ölüm halı qeydə alınıb.
KONKRET.az xəbər verir ki, Lənkəranın Şirinsu qəsəbə sakini olan 2020-ci il təvəllüdlü Uğur Elvin oğlu Abızadənin qızılcadan öldüyü bildirilir.
Məlumata görə, azyaşlıda bir həftə əvvəl yüksək hərarət yaranıb. Ailənin özünün gördüyü tədbirlər zamanı uşağın hərarəti düşüb, yaranan qızartılar çəkilib. Ötən gün uşaqda yenidən hərarət yaranıb və evə təcili tibbi yardım çağırılıb. Təcili yardım uşağa ilkin tibbi yardım göstərib, onun təcili xəstəxanaya aparılmasını təkid edib. Lakin ailə buna etiraz edib. Təcili tibbi yardımdan sonra uşağın halı pisləşib və o, yaxınları tərəfindən təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər uşağa yardım göstərsə də, onu xilas etmək mümkün olmayıb.
Ailənin digər övladı, 2019-cu il təvəllüdlü Yunus Elvin oğlu Abızadənin də hərarətinin olduğu, azyaşlının Bakıdakı xəstəxanaya yola salındığı bildirilir.APA
Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi