Lənkəranda ər arvadını yeməyini vermədiyinə görə döydü - TƏFƏRRÜAT

Lənkəranda ər arvadını yeməyini vermədiyinə görə döydü - TƏFƏRRÜATLənkəranda 1986-cı il təvəllüdlü Ərəstun şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Ofeliyaya (adlar şərti göstərilib - red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu il fevralın 1-də baş verib.
Arvadının ona yemək verməməsi səbəbindən Ərəstun yumruqla onun sağ göz nahiyəsinə qəsdən vuraraq, xəsarətlər yetirib.
Ərəstunun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
İfadəsində Ərəstun ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Qeyd edib ki, ailəlidir, iki uşaq atasıdır:
"Ofeliya ilə 2009-cu ildə ailə həyatı qurmuşam. Bazar ərazisində fəhləlik etməklə ailəmin dolanışığını təmin edirəm. Arvadım evdə təmizlik işləri görmədiyinə görə onunla mübahisələrimiz baş verib. Sonuncu dəfə hadisə günü, saat 19 radələrində işdən evə gələrək arvadımdan yemək istədim. Lakin o, yeməyin hazır olmadığını dedi. Bu səbəbdən aramızda mübahisə baş verdi. Arvadım nalayiq ifadələr işlətdi. Bundan əsəbiləşərək onun sağ göz nahiyəsinə yumruqla vurdum, sonra evdən çıxıb getdim".
İş üzrə zərərçəkmiş Ofeliyanın sözlərinə görə, əri Ərəstun onunla tez-tez mübahisələr edib:
"Sonuncu dəfə Ərəstun işdən evə gələrək yeməyi vermədiyim üçün mənimlə mübahisə etdi. Ərəstun yeməyi gec verdiyim üçün nalayiq ifadələr işlətdi. Ərimə söyüş söyməməsini dedim. Ərəstun əsəbiləşərək üzərimə gəldi, gözümə yumruqla vurdu".
Bu cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmişin ondan şikayətçi olmadığını nəzərə alıb.
Bu səbəbdən Ərəstunun barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib. / azxeber.com

Sosial       Tarix: 17 aprel 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbərlər.com xeberler az valyuta mezennesi banklar xəbər az