Lənkəranda ovçularla polis arasında qarşıdurma olub - DİN-dən AÇIQLAMA
Lənkəranın Nərimanabad qəsəbəsində ovçularla polis arasında toqquşma olduğu iddia edilib.
Belə ki, Masallının Təzəkənd kəndindən olan ovçular qanunsuz balıq və quş ovlamaq istəyiblər. Bu zaman polis onlara mane olub, daha sonra ovçularla polis arasında dava düşüb, nəticədə polisə xəsarət yetirilib.
KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, qanunsuz ov etmənin qarşısını almaq üçün Qızılağac Milli Parkının əməkdaşları və polislər orada gücləndirilmiş iş rejiminə keçiblər.
Əlavə mobil postlar quraşdırılıb, reydlər aparılır.
Eyni zamanda, milli parkın ərazisi ilə həmsərhəd olan hissəyə su bəndi yaradılıb ki, ovçular qanunsuz şəkildə ora daxil ola bilməsinlər.
Qeyd edək ki, Masallıdan olan ovçular Nərimanabaddan keçməklə dənizə ova gedirlər
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, tərəflər arasında münaqişə nəticəsində xəsarət olması ilə bağlı iddialar əsassızdır:
"Qızılağac Milli Parkında qanunsuz ovçuluqla bağlı polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən ərazidə ovçuluqla bağlı müəyyən olunan qayda və tələblər diqqətə çatdırılmaqla izahat işi aparılıb. Hazırda park inzibatçılarından daxil olan müraciət əsasında ərazi üzrə polis orqanında araşdırmalar davam etdirilir".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır