Lənkəranda qonşular arasında xoruza görə dava: Xəsarət alanlar var

Lənkəranda qonşular arasında xoruza görə dava: Xəsarət alanlar varLənkəranda qonşular arasında baş verən davada beş nəfər xəsarət alıb, onlardan üçü bıçaqlanıb.
KONKRET.az xəbər verir ki, qonşular arasında baş verən dava toyuq-cücə üstündə yaranıb. Belə ki, qonşuların saxladıqları heyratı xoruzu digərinin həyətinə keçib. Nəticədə, Lənkəran rayonunun Vel kəndində 1957-ci il təvəllüdlü Nərminə Əlişah qızı Hüseynova, 1970-ci il təvəllüdlü Nəzər Ağababa oğlu Hüseynov, 1996-ci il təvəllüdlü Əlişah Nəzər oğlu Hüseynov çəpər qonşuları olan 1980-cı il təvəllüdlü Seymur Möhübbət oğlu Hacıyev və atası 1952-ci il təvəllüdlü Möhübbət Mirzəhüseyn oğlu Hacıyevlə əlbəyaxa olublar. Kütləvi dava nəticəsində üç nəfər bıçaqlanıb, iki nəfər isə xəsarət alıb. Xəsarət alanlar Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, avqustun 31-də saat 17:20 radələrində Lənkəran rayonu Vel kəndi sakinləri dörd nəfər (kişi cinsli), bir nəfər (qadın cinsli) başın sol ənsə payının didilmiş-əzilmiş yarası, qarnın sol payının deşilmiş yarası, sağ bazunun qançırı, döşün aşağı 1/3-nin deşilmiş yarası diaqnozları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə daxil olublar.
Yaralılara zəruri ilkin tibbi yardım göstərilib. Xəsarət alanlardan birinin vəziyyətinə uyğun olaraq müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Digər yaralılar ambulator müalicə üçün evə buraxılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, şəxsi münasibətlər zəminində baş vermiş həmin insidentlə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin olunub.
Araşdırmanın nəticəsində məsələyə hüquqi qiymət veriləcək.

Hadisə       Tarix: 01 sentyabr 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı

Xankəndidə 24 yaşlı gəncin üzərindən narkotik vasitə aşkarlanıb. -a istinadən xəbər verir ki, 24 yaşlı Sahib Rzayev (şərti) Xankəndi şəhərində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılan yoxlama zaman

Ovçuluq təsərrüfatında güclü yanğın başladı

Cəlilabad rayonunda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb. report-a istinadla xəbər verir ki, hadisə rayon ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında qeydə alınıb. Artıq bir neçə saatdır davam edən yanğın təsərrüfatı

Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU

Bakıda yeniyetmə oğlan bıçaqlanıb. KONKRET.azxəbər verir ki, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil

İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı

Türkiyənin İstanbul şəhərində fasiləsiz yağan leysanın səbəb olduğu daşqın nəticəsində həlak olanların sayı 4 nəfərə çatıb. milliaz-a istinadən xəbər verir ki, üç gündür axtarışları aparılan dörd itkin düşmüş şəxsdən dah

Tovuzda maşınlar toqquşdu - Xəsarət alan var

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə zamanı rayonun Heydər Əliyev prospektində olub. Belə ki, "Kia" markalı avtomobil ilə "VAZ-2106" markalı avtomobil toqquşub. Hadis

Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var

Biləsuvarda ağır yol qəzası olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayon sakini, 1986-c

Azərbaycan vətəndaşlarının da olduğu gəmi batdı: ölən var – Təfərrüat

"Qəmər adalarının bayrağı altında üzən və batmaq təhlükəsi ilə üzləşən "Nava Khoryv" kiçik neft tankerinin kapitanı müvafiq qaydada yardım istəyib. İddiaya görə, saat 10:00-da o, Rumıniya hakimiyyət orqanların

Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var

Bu gün saat 16 radələrində paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində yol-nəqliyyat hadisəsi baş verib. -ya istinadən xəbər verir ki, Əhmədli metrostansiyasının qarşısında "BMW" və "Hyundai" markal

Salyanda ağır qəza: ölən var

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakin


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son dəqiqə bu gunun xeberleri şou biznes xəbərləri novruz bayramı