Lerikdə şəhid abidəsinə qarşı tərbiyəsizlik - Saxlanılan var

Lerikdə şəhid abidəsinə qarşı tərbiyəsizlik - Saxlanılan varLerik rayonunun Monidigah kəndində Birinci Qarabağ müharibəsi şəhidi mayor Sabir Əliyevin xatirəsinə inşa edilmiş bulaq kompleksi yararsız hala salınıb. Şəhidin mərmərdən olan fotosunun üzəri cızılıb.
azxeber.com xəbər verir ki, bunu "Qafqazinfo"ya şəhidin yaxını Ramin Nəzərov bildirib.Onun sözlərinə görə, hadisə sentyabrın 7-si gecə saatlarında baş verib:"Sentyabrın 8-də şəhidin adına bulaq kompleksinin açılışı olmalı idi. Bir gün əvvəl gecə saatlarında şəhidin abidəsi üzərində vandalizm hərəkətləri ediblər. Səhər gəlib gördük ki, bulağın özünə və yeni salınmış körpüyə heç bir zərər vurulmayıb, ancaq şəhidin portreti bu hala salınıb. Açılışa şəhid ata-anaları gəlmişdi, onlar da bunu görüb sanki yaraları təzələndi".
R.Nəzərov bildirib ki, açılış bitəndən sonra hadisə ilə bağlı polisə məlumat verilib:"Hadisədən 5 gün keçməsinə baxmayaraq, hələ ki, saxlanılan yoxdur. Bu açıq-aşkar təxribatdır, dövlətə qarşı, onun azadlığı uğrunda canından keçən şəhidə qarşı vandallıqdır. Biz istəyirik ki, bu hadisəni törədənlər dərhal müəyyənləşdirilsin".
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran Regional Qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib ki, artıq hadisəni törədən şəxs tapılıb:"Araşdırma zamanı xatirə bulağının üzərindəki mərmər lövhəyə zərər yetirən şəxsin həmin kəndin sakini Azad Abdullayev olduğu müəyyən edilib. Həmin şəxs saxlanılıb və barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə A.Abdullayev inzibati qaydada həbs edilib".Qeyd edək ki, Sabir Xeyrulla oğlu Əliyev I Qarabağ müharibəsində Ağdam və Füzuli istiqamətində vuruşub, 1994-cü ildə Horadizin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Hazırda Monidigah kənd tam orta məktəbi şəhidin adını daşıyır.

Sosial       Tarix: 13 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx


son xeberler yeni xeberler azerbaycan xeberleri gunun xeberleri oxu.az xeberler son.xeberler son xeberler bugun 2026 canli