Leyla Abdullayeva: "Erməni radikallarının Azərbaycan səfirliklərinə hücumu ilk deyil
"Azərbaycanın Fransadakı səfirliyinə hücum ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərinin erməni icmasının radikal nümayəndələrinin hücumuna məruz qaldığı ilk hal deyil".
azxeber.com Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.
O deyib ki, bununla daha öncə də üzləşmişik və təəssüf ki, son günlər bu cür hərəkətlərin şahidi oluruq.
Onun sözlərinə görə, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən açıqlamalar verilib, məsələnin ciddi narahatlıq doğurduğu bildirilib və bu kimi hadisələrin baş verdiyi ölkələrə müvafiq ismarışlar göndərilib.
"Beynəlxalq hüquqa, daha dəqiq desək, 1961-ci il tarixli Vyana Konvensiyasına görə, diplomatların və diplomatik nümayəndəliyin təhlükəsizliyinin təmin edilməsi öhdəliyi onların yerləşdiyi ölkənin üzərinə düşür. Dövlətləri həmin Konvensiyanı lazımi şəkildə icra etməyə çağırmışıq", - L.Abdullayeva vurğulayıb.

Formula-1: ikinci sərbəst yürüş başladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü
Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib