Leyla Əliyeva 'ASAN Məktub' sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib - FOTOLAR

Leyla Əliyeva 'ASAN Məktub' sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib - FOTOLARDekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbir keçirilib.
azxeber.com xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.
ASAN könüllüləri, sosial qayğıya ehtiyacı olan uşaqlar və digər qonaqların da iştirak etdiyi tədbir "ASAN xidmət" və "Bilim Bakı" mərkəzləri ilə tanışlıqla başlayıb. Qonaqlara 7 saylı Bakı "ASAN xidmət" mərkəzinin fəaliyyəti, həmçinin "ASAN xidmət" mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verilib, hazırda Azərbaycanın intellektual məhsulunun 30-dan çox ölkəyə ixrac edildiyi bildirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "ASAN Məktub" ağacındakı məktublardan birini öhdəliyə götürüb.
Səyyar ASAN xidmət avtobusu ilə tanışlıq çərçivəsində diqqətə çatdırılıb ki, əsas məqsəd dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir.
"Bilim Bakı" mərkəzinin fəaliyyəti də maraqla qarşılanıb. Qeyd olunub ki, mərkəzin fəaliyyəti 6-14 yaşlı şagirdlərin texnologiya, innovasiya, elm və sahibkarlıq sahəsində bilik və bacarıqlarının inkişafına yönəlib. Əsas məqsəd şagirdlər arasında həmin sahələrə marağı artırmaq, müasir tələblərə cavab verən bilik və bacarıqları aşılamaqdır.
Tədbirin rəsmi hissəsi "ASAN Məktub" sosial proqramının 10 illik fəaliyyətinə dair videoçarxın nümayişi ilə başlayıb. Məlumat üçün bildirilib ki, "ASAN Könüllüləri" Təşkilatının "ASAN Məktub" sosial proqramı 3–14 yaş arası sosial qayğıya ehtiyacı olan uşaqların arzularını reallaşdırmaq, onlara sevinc, diqqət və qayğı bəxş etmək məqsədilə 2015-ci ildən həyata keçirilir. Proqram çərçivəsində bu günədək 56 region üzrə ümumilikdə 10 512 məktuba uyğun arzular gerçəkləşdirilib.
Qonaqlara "Bir qəlbi də sən isit" layihəsi haqqında da məlumat verilib. Layihə çərçivəsində vətəndaşların dəstəyi ilə dekabr ayı ərzində 3-14 yaş arası sosial qayğıya ehtiyacı olan uşaqların arzularının gerçəkləşdirildiyi vurğulanıb. İndiyədək ölkənin müxtəlif bölgələrində 2 500-dən çox uşağın arzusunun reallaşdırıldığı diqqətə çatdırılıb.
Sonra "ASAN Könüllüləri" Təşkilatının "Mədəniyyət Carçısı" proqramı çərçivəsində musiqi ifa edilib, rəqs nümunəsi nümayiş olunub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "ASAN məktub", "Yaşıl ASAN" və "ABAD" stendlərinə də baş çəkib.
Tədbir Dövlət Agentliyinin həyətində təşkil edilən ağacəkmə aksiyası ilə davam edib.
Tədbir çərçivəsində, həmçinin 1, 2 və 3 saylı Uşaq evi sosial xidmət müəssisələrindən və Sosial Xidmət Mərkəzlərindən olan uşaqlara müxtəlif hədiyyələr təqdim edilib.
Leyla Əliyeva 'ASAN Məktub' sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib - FOTOLARLeyla Əliyeva 'ASAN Məktub' sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib - FOTOLARLeyla Əliyeva 'ASAN Məktub' sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib - FOTOLARLeyla Əliyeva 'ASAN Məktub' sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib - FOTOLARLeyla Əliyeva 'ASAN Məktub' sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib - FOTOLARLeyla Əliyeva 'ASAN Məktub' sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib - FOTOLARLeyla Əliyeva 'ASAN Məktub' sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib - FOTOLARLeyla Əliyeva 'ASAN Məktub' sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib - FOTOLARLeyla Əliyeva 'ASAN Məktub' sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib - FOTOLARLeyla Əliyeva 'ASAN Məktub' sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib - FOTOLARLeyla Əliyeva 'ASAN Məktub' sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib - FOTOLARLeyla Əliyeva 'ASAN Məktub' sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib - FOTOLARLeyla Əliyeva 'ASAN Məktub' sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib - FOTOLARLeyla Əliyeva 'ASAN Məktub' sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib - FOTOLAR

Sosial       Tarix: 19 dekabr 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber.az 2026 xeberler bugun azerbaycanda son xeberler xeberler bu gun