Leyla Əliyeva Şamaxıda körpələr evi-uşaq bağçalarının açılışında - Fotolar

Leyla Əliyeva Şamaxıda körpələr evi-uşaq bağçalarının açılışında - FotolarAvqustun 28-də Heydər Əliyev Fondu tərəfindən Şamaxının İkinci Cabanı və Böyük Xınıslı kəndlərində inşa olunan körpələr evi-uşaq bağçalarının açılışı olub.
azxeber.com xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak edib.
Leyla Əliyeva körpələr evi-uşaq bağçalarının otaqları ilə tanış olub, uşaqlar üçün yaradılan şəraitə baxış keçirib.
Bildirilib ki, hər iki bağça kəndlərin mərkəzində yerləşir. Müasir və tam təchizatlı körpələr evi-uşaq bağçalarında balacalar üçün yataq və oyun otaqları, idman və musiqi zalları, tibb otağı, yeməkxana və digər inzibati, texniki otaqlar mövcuddur. Məktəbəqədər təhsil müəssisələri zəruri mebel və avadanlıqlarla tam təchiz edilib. Bağçaların həyətyanı ərazilərində yaşıllaşdırma işləri aparılıb, uşaq əyləncə qurğuları quraşdırılıb.
İkinci Cabanı kənd körpələr evi-uşaq bağçasının rəhbəri Töfə Bəşirova jurnalistlərə açıqlamasında bildirib ki, bağça 41 ildir fəaliyyət göstərsə də, heç vaxt bu cür şərait olmayıb: "Köhnə bağça yararsız vəziyyətə düşdüyündən fərdi evdə fəaliyyət göstərirdik. Heydər Əliyev Fonduna müraciət etdik, qısa müddət ərzində yeni bağça inşa olunub təhvil verildi. Sabahdan yeni bağçada uşaqları qəbul edə biləcəyik. Yeni bağçada 1-3, 4-6 yaş arasında qruplar fəaliyyət göstərəcək. Qonşu kəndlərdən də bağçamıza müraciətlər var. Uşaqlarımız üçün yaradılan şəraitə görə Heydər Əliyev Fonduna dərin minnətdarlığımızı bildiririk".
Leyla Əliyeva daha sonra Şamaxıda və Ağsuda bir neçə ailəni ziyarət edib.
Leyla Əliyeva Şamaxıda körpələr evi-uşaq bağçalarının açılışında - FotolarLeyla Əliyeva Şamaxıda körpələr evi-uşaq bağçalarının açılışında - FotolarLeyla Əliyeva Şamaxıda körpələr evi-uşaq bağçalarının açılışında - FotolarLeyla Əliyeva Şamaxıda körpələr evi-uşaq bağçalarının açılışında - FotolarLeyla Əliyeva Şamaxıda körpələr evi-uşaq bağçalarının açılışında - FotolarLeyla Əliyeva Şamaxıda körpələr evi-uşaq bağçalarının açılışında - FotolarLeyla Əliyeva Şamaxıda körpələr evi-uşaq bağçalarının açılışında - FotolarLeyla Əliyeva Şamaxıda körpələr evi-uşaq bağçalarının açılışında - FotolarLeyla Əliyeva Şamaxıda körpələr evi-uşaq bağçalarının açılışında - FotolarLeyla Əliyeva Şamaxıda körpələr evi-uşaq bağçalarının açılışında - Fotolar

Sosial       Tarix: 29 avqust 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

31 avqust üçün rəsmi valyuta məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 31-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, hesabat tarixinə ABŞ dollarının manata nisbətdə məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Avronun məzənnəs

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeber 2026 idman xeberleri cəbhədən son dəqiqə krimnal xeber