Leyla Əliyeva və Arzu Əliyeva bal yarmarkasında - FOTOLAR

Leyla Əliyeva və Arzu Əliyeva bal yarmarkasında - FOTOLARNoyabrın 5-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva 25-ci Yubiley Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkasını ziyarət ediblər.
azxeber.com xəbər verir ki, ziyarət zamanı Leyla Əliyeva və Arzu Əliyeva stendlərə baxış keçirib, arıçıların təqdim etdikləri müxtəlif növ bal və arıçılıq məhsulları ilə maraqlanıb, istehsal prosesi, keyfiyyət göstəriciləri barədə məlumat alıblar. Onlar arıçılarla mövsümi məhsuldarlıq və satış imkanları barədə səmimi söhbət edib, xatirə şəkilləri çəkdiriblər.
Qeyd edək ki, yarmarkada bu il 43 regiondan 280-dən çox fermer iştirak edir. IDEA İctimai Birliyinin təşəbbüsü ilə gənclər arasında ekoloji sahibkarlığın təşviqi məqsədilə həyata keçirilən "Gənc arıçı" layihəsinin iştirakçıları yarmarkada fəal şəkildə iştirak ediblər. Yarmarkaya 4 "Gənc arıçı" ailəsi tərəfindən ümumilikdə, 1128 kiloqram bal təqdim edilib.
Xocalı rayonunda fəaliyyət göstərən "Güllü Yaylaq" arıçı kooperativi yarmarkada ilk dəfə təmsil olunub. Kooperativin yaradıcısı - Xocalı rayonunun Ballıca kəndindən olan Qənirə Əsədova uzun illərdir arıçılıqla məşğuldur. Kooperativin məqsədi qadınların kənd təsərrüfatında məşğulluğunu artırmaq, yerli arıçılıq ənənələrini qorumaq və ekoloji cəhətdən təmiz məhsulların istehsalını təşviq etməkdir. Hazırda "Güllü Yaylaq" kooperativi 5 üzvdən ibarətdir və yarmarkaya 6 növ arıçılıq məhsulu daxil olmaqla 400 kiloqram məhsul təqdim edib.
Həmçinin Leyla Əliyevanın təşəbbüsü ilə bu ilin sentyabrında Kəlbəcər rayonunda keçirilmiş "Kəlbəcər bal festivalı 2025"in iştirakçıları yarmarkada məhsullarını təqdim ediblər.
Xüsusi vurğulanmalıdır ki, Prezident İlham Əliyevin çıxışlarında Kəlbəcər balına göstərdiyi diqqət və dəstək bu bölgənin balının keyfiyyətinə və tanınmasına verilən ən yüksək dəyərin göstəricisidir. Bu gün Kəlbəcər balı öz təbii xüsusiyyətləri və keyfiyyəti ilə seçilərək, Azərbaycanın milli brendlərindən birinə çevrilməkdədir.
Qeyd edək ki, yarmarkada 100 tondan çox bal və 15 növdən çox müxtəlif arıçılıq məhsulu satışa çıxarılıb.
Leyla Əliyeva və Arzu Əliyeva bal yarmarkasında - FOTOLARLeyla Əliyeva və Arzu Əliyeva bal yarmarkasında - FOTOLARLeyla Əliyeva və Arzu Əliyeva bal yarmarkasında - FOTOLARLeyla Əliyeva və Arzu Əliyeva bal yarmarkasında - FOTOLARLeyla Əliyeva və Arzu Əliyeva bal yarmarkasında - FOTOLARLeyla Əliyeva və Arzu Əliyeva bal yarmarkasında - FOTOLARLeyla Əliyeva və Arzu Əliyeva bal yarmarkasında - FOTOLARLeyla Əliyeva və Arzu Əliyeva bal yarmarkasında - FOTOLARLeyla Əliyeva və Arzu Əliyeva bal yarmarkasında - FOTOLARLeyla Əliyeva və Arzu Əliyeva bal yarmarkasında - FOTOLAR

Sosial       Tarix: 05 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Günəş altında bu saatlarda ehtiyatlı olun: Dəri xərçəngi riskini artıra bilər

Yay aylarında tez-tez rast gəlinən günəş yanıqları təkcə müvəqqəti qızartıya səbəb olmur. Mütəxəssislərin sözlərinə görə, uzun müddət qorunmadan günəş altında qalmaq dəri hüceyrələrinin DNT-sində zədələnmələr yarada, erkə

İran–ABŞ gərginliyi manata təsir edəcək? – İqtisadçı açıqladı

İran və ABŞ arasında gərginliyin yenidən artması qlobal maliyyə bazarlarında da diqqətlə izlənilir. Mütəxəssislər hesab edirlər ki, mümkün hərbi və siyasi eskalasiya investorların davranışına təsir edərək ABŞ dollarına tələb

Dünya bazarında neft ucuzlaşdı

Dünya əmtəə bazarlarında neft qiymətlərində eniş müşahidə olunur. xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin avqust fyuçerslərinin qiyməti 0,41 ABŞ dolları (0,49 faiz) azalaraq bir barel üçün 82,8

Əməkdar jurnalist Nuraninin vəziyyəti açıqlanıb

Əməkdar jurnalist Tofiqə Qasımovanın (Nurani) səhhəti ilə bağlı son vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Bakı Sağlamlıq Mərkəzi məlumat yayıb. Bildirilib ki, 56 yaşlı Tofiqə Qasımova iyulun 17-də Kliniki Tibbi Mərkəzi

Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək

Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyimlə bağlı tələblər təsdiq ediləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi ilə bağlı fərman imzaladığı "Ümumi təhsil haqqında" qanuna edilə

Tahir Əmiraslanovdan yeni trendə sərt reaksiya: "Milli mətbəxin axırına çıxırlar

Sosial şəbəkələrdə menyularda "xoruz dəyməyən toyuq", "dəcəl quzu" və "cavan quzu" kimi qeyri-adi adlarla təqdim olunan yeməklər geniş müzakirələrə səbəb olub. Yumor məqsədilə seçildiyi görünə

Kimlərə övladlığa uşaq verilmir? - Açıqlama

Sosial Xidmətlər Agentliyinin məlumatına əsasən, Azərbaycanda cari ilin ilk 6 ayında 77 uşaq övladlığa verilib. Bildirilib ki, onlardan 39-u qız, 38-i oğlandır. Qeyd edilib ki, övladlığa verilənlər arasında 3 yaşınadək uşaqla

Cəlilabadda avtomobil uşağı vurdu

Cəlilabad rayonunda 8 yaşlı uşağın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, qəza Ələt-Astara magistral yolunun rayonun Göytəpə şəhəri ərazisindən keçən hissəsind

"Anamsız bizə çətindir" - "Arzum"un qızı

Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən "Arzum 99" ləqəbli tiktoker İlduzə Hacıyevanın anası və övladları video yayıb. İ.Hacıyevanın anası videoda qızı üçün yardım istəyərə


azerbaycan xeberleri yeni xeberler son xeberler cebheden xeberler valyuta məzənnələri cəbhədən son dəqiqə maliyye xeberler bugun