Leyla Əliyevanın Ermənistanın Azərbaycana qarşı ekoloji terroru barədə dəyirmi masa keçirilib - FOTO

Leyla Əliyevanın Ermənistanın Azərbaycana qarşı ekoloji terroru barədə dəyirmi masa keçirilib - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 6 noyabr 2020-ci il tarixində "Ermənistanın Azərbaycana qarşı ekoloji terroru" adlı onlayn dəyirmi masa keçirilib.
Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə təbii sərvətlərin məhvi, ölkəmizin müxtəlif rayonlarında yerləşən mülki obyektlərin atəşə tutulması nəticəsində baş verən meşə yanğınları fonunda keçirilən tədbir həmçinin 6 noyabr - Beynəlxalq Ətraf Mühitin Müharibə və Hərbi Münaqişələr Zamanı İstismar Edilməsinin Qarşısının Alınması Gününə təsadüf edilib.
IDEA İctimai Birliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Yaşıl şəbəkə" ekoloji hərəkatının gənc ekoliderləri və EkoSfera Sosial-Ekoloji Mərkəzinin birgə əməkdaşlığı ilə təşkil edilən dəyirmi masanın əsas məqsədi müzəffər Azərbaycanın ordusunun işğaldan azad etdiyi Qarabağ ərazisində və cəbhə boyu digər bölgələrdə erməni terrorçularının törətdiyi ekoloji cinayətlər, düşmənin torpağımızın təbii resurslarının vəhşicəsinə istismarı barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması və məsələyə diqqətin cəlb edilməsidir.
"Ermənistanın Azərbaycana qarşı ekoloji terroru" onlayn dəyirmi masada Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri müavini Vüqar Kərimov, Təhsil nazirinin müavini Firudin Qurbanov, IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, EkoSfera Sosial-Ekoloji Mərkəzinin rəhbəri, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə tərəfindən təqdimatlar və çıxışlar edilib.
Dəyirmi masada iştirak edən KİV nümayəndələrinin, ekokönüllülərin və gənc ekoliderlərin diqqətinə Ermənistanın Azərbaycana qarşı ekoloji terror həyata keçirməsi, işğal edilmiş ərazilərimiz də daxil olmaqla, təbii resursları kortəbii şəkildə istismar etməsi, ətraf mühitin ekoloji tarazlığını pozması və istehsal tullantıları ilə içməli su hövzələrini çirkləndirməsi barədə məlumatlar çatdırılmışdır. Bununla yanaşı, tədbir zamanı Azərbaycanın təcavüzə məruz qalmış təbii resurslarının bərpa edilməsi, habelə gənclərin bu prosesə cəlb edilməsi və potensial rolu məsələləri müzakirə edilib.
Tədbir iştirakçıları BMT-nin "6 noyabr - Müharibə və hərbi münaqişələr zamanı ətraf mühitin istismarının qarşısının alınması Beynəlxalq Günü" ilə əlaqədar hər kəsi dünyanın bütün ekoloji təşkilatlarını və geniş ictimaiyyətin məlumatlandırılmasını həyata keçirməyə, Ermənistanın ekoloji aqressiv-terrorçu niyyətlərinə qarşı etirazınızı bildirməyə səsləyir.
Leyla Əliyevanın Ermənistanın Azərbaycana qarşı ekoloji terroru barədə dəyirmi masa keçirilib - FOTOLeyla Əliyevanın Ermənistanın Azərbaycana qarşı ekoloji terroru barədə dəyirmi masa keçirilib - FOTOLeyla Əliyevanın Ermənistanın Azərbaycana qarşı ekoloji terroru barədə dəyirmi masa keçirilib - FOTO

Siyasi       Tarix: 06 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Si Cinpini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətil

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm


yeni xeberler son xeberler azerbaycan xeberleri xabar az cebheden xeber xeber.az 2026 kriminal bugun