Leyla və Alena Əliyeva mükafatlandırma mərasimində - FOTOLAR

Leyla və Alena Əliyeva mükafatlandırma mərasimində - FOTOLARMədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə növbəti Uşaq İncəsənət Festivalına yekun vurulub. Dekabrın 26-da Heydər Əliyev Mərkəzində festivalın yekun mükafatlandırma mərasimi keçirilib.
azxeber.com xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva iştirak ediblər.
Əvvəlcə festival barədə məlumat verilib. Bildirilib ki, 2023-cü ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən festivalın məqsədi milli-mənəvi dəyərlərin gənc nəslə aşılanması, ənənəvi incəsənət sahələrinin qorunub yaşadılması və dövlətinə, vətəninə bağlı gəncliyin yetişdirilməsidir. Layihə, eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mədəniyyət və gənc istedadların dəstəklənməsi istiqamətində həyata keçirdiyi fəaliyyətin tərkib hissəsidir.
Uşaq İncəsənət Festivalı təkcə müsabiqə formatı ilə deyil, həm də uşaqların inkişafına yönəlmiş geniş yaradıcılıq platforması kimi çıxış edərək, onların komanda işi, səhnə mədəniyyəti, yaradıcı yanaşma və özünüifadə bacarıqlarının formalaşmasına töhfə verir. Bu platforma Uşaq İncəsənət Festivalını artıq müsabiqə formatından çıxararaq, ölkə üzrə istedad bankının formalaşdırılmasına xidmət edən bir mədəniyyət mexanizminə çevirib. Belə ki, Azərbaycanın bütün bölgələrindən olan 6–17 yaş aralığındakı uşaqları bir araya gətirən festival ötən müddətdə peşəkar və həvəskar kateqoriyalar üzrə yaradıcılıq mübadiləsi üçün geniş imkanlar yaradıb.
2025-ci ilin mart ayından start götürən builki festivala 27 mindən çox iştirakçı müraciət edib və bu göstərici layihənin geniş miqyasını, uşaqların incəsənətə artan marağını bir daha təsdiqləyir.
Seçim mərhələlərinin nəticələrinə əsasən 19 fərdi və 5 kollektiv nominasiya üzrə qaliblər müəyyənləşdirilib. Beləliklə, festival üzrə ümumi qalib sayı 512 nəfər olub.
Tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mədəniyyət siyasətinin əsas istiqamətlərindən birinin gənc kadrların, gənc istedadların üzə çıxarılmasına dövlət dəstəyinin göstərilməsi olduğunu bildirib. Nazirin sözlərinə görə, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən gənc istedadların müəyyən edilməsi, onların təhsilinin, eyni zamanda, fərdi inkişafının dəstəklənməsi istiqamətində çoxsaylı layihələr həyata keçirilməkdədir.
"Bu illər ərzində bizim bir çox gənc istedadlarımız Heydər Əliyev Fondu, şəxsən Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə xaricdə təhsil proqramlarına cəlb olunublar, onların fərdi inkişafı istiqamətində müxtəlif addımlar atılıb. Uşaq İncəsənət Festivalı isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və ideyası ilə keçirilir. Qarşıya qoyulan tapşırıqlardan biri də o idi ki, bütün ölkə ərazisində yaradıcı təfəkkürə malik gənc istedadların, xüsusi fitri istedada sahib olan uşaqların müəyyən edilməsi, onların üzə çıxarılması, onlarla fərdi inkişaf işinin aparılması istiqamətində bir mexanizm qurulsun. Bu layihə də məhz həmin ideya əsasında ərsəyə gəldi. Məzmununa və ideyasına görə çox mühüm bir layihə olan və ikinci dəfədir keçirilən Uşaq İncəsənət Festivalı, sadəcə, bir tədbir deyil. Festivala paytaxtın rayonları da daxil olmaqla ümumilikdə 86 şəhər və rayondan uşaqlar və gənclər müraciət etdilər. Üç mərhələli seçim əsasında 24 nominasiya üzrə qaliblər müəyyənləşib. Bu, yaradıcı şəxslərin üzə çıxarılması üzrə əhatəli bir platformadır. Burada gənc istedadların kadr bankı formalaşmış olur. Yaradılan elektron analitik platforma əsasında hər bir bölgədə hansı istedadların olduğunu, incəsənətin müxtəlif növlərinə daha çox meyli olan bölgələri müəyyən edirik. Bilirik ki, hansı bölgədə hansı istedadlar mövcuddur. Bu, həm gələcəkdə mədəniyyət sahəsi üzrə data əsaslı idarəetməyə imkan verir, həm də peşəkar heyətin formalaşdırılması üçün ilkin mərhələdə onların müəyyən edilməsini və peşəkar təhsilə, sonra da peşəkar mədəniyyət sahəsində idarəetməyə gətirilməsi üçün geniş imkanlar yaradır", - deyə mədəniyyət naziri vurğulayıb.
Sonra festivalın qaliblərinin mükafatlandırılması mərasimi olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qalibləri təbrik edib, onlara uğurlar arzulayıb.
Daha sonra isə qaliblərin ifasında konsert proqramı təqdim olunub. Proqram çərçivəsində qaliblər solo çıxışlarla yanaşı, tanınmış incəsənət xadimləri ilə duet nömrələri və xüsusi hazırlanmış musiqi-səhnə kompozisiyaları ilə çıxış ediblər.
Festivalın rəsm nominasiyası üzrə qalib olan 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvü on yaşlı Melissa Quliyeva qədim bazarlarımızı təsvir etdiyi əsərinin qalib seçildiyini bildirib: "Qaliblər arasında olduğum üçün çox sevincliyəm. Bundan sonra da üzərimdə çalışacağam və daha gözəl işlər ərsəyə gətirəcəyəm".
Akademik vokal üzrə birinci yer tutan on iki yaşlı Raul Hüseynov bəstəkar Fikrət Əmirovun əsərlərindən olan "Gülərəm, gülsən" mahnısı ilə qalib olub. O, rəqiblərinin kifayət qədər güclü olduğunu, lakin qələbə qazanmaqda çətinlik çəkmədiyini deyib. Raul üç ildir musiqi ilə məşğul olduğunu və ilk dəfə birinci yeri tutduğunu qeyd edib. R.Hüseynov gələcəkdə bu istiqamətdə fəaliyyətinə davam etməyi və Azərbaycanı beynəlxalq arenalarda təmsil etməyi düşünür.
Qeyd edək ki, Uşaq İncəsənət Festivalı inklüzivlik prinsiplərinə əsaslanaraq hər bir uşağın bərabər iştirakını təmin edir. Festival çərçivəsində qarmon ifaçılığı, dekorativ-tətbiqi sənət və rəssamlıq nominasiyaları üzrə sağlamlıq imkanları məhdud olan uşaqlar da iştirak edib və qalib olublar. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılmış əlçatan mühit onların istedadlarını sərbəst nümayiş etdirməsinə imkan verib. Festival mədəniyyət sahəsində bərabər imkanların və sosial inteqrasiyanın təşviqinə xidmət edir.
Layihənin növbəti illərdə daha geniş proqramla davam etdirilməsi və minlərlə uşağın yaradıcılıq yoluna dəstək olması nəzərdə tutulur.
Leyla və Alena Əliyeva mükafatlandırma mərasimində - FOTOLARLeyla və Alena Əliyeva mükafatlandırma mərasimində - FOTOLARLeyla və Alena Əliyeva mükafatlandırma mərasimində - FOTOLARLeyla və Alena Əliyeva mükafatlandırma mərasimində - FOTOLARLeyla və Alena Əliyeva mükafatlandırma mərasimində - FOTOLARLeyla və Alena Əliyeva mükafatlandırma mərasimində - FOTOLARLeyla və Alena Əliyeva mükafatlandırma mərasimində - FOTOLARLeyla və Alena Əliyeva mükafatlandırma mərasimində - FOTOLARLeyla və Alena Əliyeva mükafatlandırma mərasimində - FOTOLAR

Sosial       Tarix: 26 dekabr 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber.az 2026 xeberler bugun azerbaycanda son xeberler xeberler bu gun