Leyla və Arzu Əliyeva şəhid anaları ilə görüşdülər - FOTOLAR

Leyla və Arzu Əliyeva şəhid anaları ilə görüşdülər - FOTOLARNoyabrın 5-də 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 5 illiyinə həsr olunan tədbir keçirilib.
azxeber.com xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən tədbirə ölkəmizin müxtəlif bölgələrindən gələn Birinci Qarabağ müharibəsi, Vətən müharibəsi, Aprel və Tovuz döyüşləri, eləcə də antiterror əməliyyatları zamanı şəhid olmuş qəhrəmanlarımızın anaları dəvət olunub.
"Fire Land Group" tərəfindən təşkil olunan tədbir həm də "Mənim oğlum qəhrəmandır!" layihəsinin 5 illik yubileyinə təsadüf edib.
Çıxış edənlər Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun şücaətindən və 44 günlük Vətən müharibəsində tarixi Zəfər nəticəsində torpaqlarımızın erməni işğalından azad edilməsindən, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan Vətən övladlarının qəhrəmanlıqlarından danışıblar.
Tədbir zamanı "44" adlı tammetrajlı bədii filmin treylerinin təqdimatı olub. Film Vətən müharibəsində Zəfərə gedən yoldan, Ordumuzun qəhrəmanlığından bəhs edir.
Daha sonra Azərbaycanın tanınmış incəsənət xadimləri çıxış ediblər.
Şəhid Hüseyn Tağıyevin anası Mətanət Məmmədova Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin təşəkkürünü bildirərək deyib: "Biz şəhid anaları, həyat yoldaşları və qazilər müxtəlif tədbirlərdə bir araya gəlirik. Bizləri unutmurlar, həmişə yad edirlər. Buna görə hər kəsə minnətdaram".
Şəhid baş leytenant Rahim Mikayılovun anası Ulduz Mikayılova isə müsahibədə oğlunun şəhidlik zirvəsinədək ucalan döyüş yolundan danışıb, dövlətimizin şəhid ailələrinə dəstəyini yüksək qiymətləndirib.
Tədbirin sonunda şəhid ailələri Leyla Əliyeva və Arzu Əliyevaya xatirə hədiyyəsi təqdim ediblər. Onlar dövlətimizin və Heydər Əliyev Fondunun hər zaman şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Artıq beş ildir ki, "Mənim oğlum qəhrəmandır!" və "Mənim atam qəhrəmandır" layihələri çərçivəsində şəhidlərimizin xatirəsi yad edilir, onların ailələri bir araya gətirilir. Bu illər ərzində keçirilən silsilə tədbirlərdə ümumilikdə 5000-ə yaxın şəhid anası və 1700-dən çox şəhid övladı iştirak edib.
O cümlədən bu il Ramazan ayı ərzində "Mənim oğlum qəhrəmandır!" layihəsi üzrə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən görüşlərdə Azərbaycanın bütün bölgələrindən 2000-ə yaxın şəhid anası bir araya gəlib.
Qeyd olunan tədbirlər şəhid ailələrinə diqqət və qayğının, onların qəhrəman övladlarının xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, bu istiqamətdə dövlət tərəfindən görülən işlərə dəstək məqsədi daşıyır.
Leyla və Arzu Əliyeva şəhid anaları ilə görüşdülər - FOTOLARLeyla və Arzu Əliyeva şəhid anaları ilə görüşdülər - FOTOLARLeyla və Arzu Əliyeva şəhid anaları ilə görüşdülər - FOTOLARLeyla və Arzu Əliyeva şəhid anaları ilə görüşdülər - FOTOLARLeyla və Arzu Əliyeva şəhid anaları ilə görüşdülər - FOTOLAR

Sosial       Tarix: 06 noyabr 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

"Yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq". xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib. "Yaxı

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Sahibsiz itlərə qarşı hansı addım atılmalıdır? - Professordan açıqlama

Son zamanlar küçə heyvanları ilə bağlı problem yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə sahibsiz itlərin yaşayış məntəqələrində insanlara hücum etməsi və bunun nəticəsində vətəndaşların təhlükə ilə üz-üzə qalması məsələni

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler beynelxalq bank mezenne cəbhədən şad xəbər en son xeberler