"Lirə artıq 3-5 il öncəki dövrə qayıtmayacaq" - Bəs Türk valyutası nə qədər ucuzlaşa bilər? - Ekspert rəqəmləri AÇIQLADI

Türk lirəsi getdikcə daha çox dəyər itirir. Artıq 1 dollar 23-24 lirəyə bərabərdir. Bir çox iqtisadçılar isə bu rəqəmin 34-35 lirəyə çatacağı haqda fikir səsləndirirlər. Bəs görəsən, lirənin dollar qarşısında belə sürətlə dəyər itirməsi nə ilə əlaqədardır? AKP hökuməti lirənin dəyər itirməsinin qarşısını almaq üçün nə etməlidir? Ümumiyyətlə, Türk valyutasının 30-35 dollara bərabər olması mümkündürmü və bu halda qardaş ölkədə vəziyyət necə olacaq?
Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı Natiq Cəfərli bildirib ki, seçkilərdən sonra Türk lirəsinin dəyərdən düşəcəyi gözlənilən idi: "Seçkilərin nəticələrindən asılı olmayaraq lirənin dəyərdən düşməsi baş verəcəkdi. Kılıçdaroğlu seçkilərdə qalib gəlsə belə, lirənin ucuzlaşması müşahidə olunacaqdı. Lirənin dəyərdən düşməsinin obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblər ondan ibarətdir ki, qardaş ölkənin çox ciddi enerji tələbatı mövcuddur. Bunun da 98 faizi xaricdən ödənilir. Yəni enerji daşıyıcılarının xaricdən asılı olması valyuta çıxışını sürətləndirən əsas amildir. Bu, lirənin ucuzlaşmasına ciddi təsir edir. İkincisi, pandemiyanın ən çox ziyan vurduğu ölkələrdən biri Türkiyə oldu. Çünki Türkiyə turizm dövlətidir. 2020-2021-ci illər ərzində turizmlə bağlı ciddi məhdudiyyətlər tətbiq edildi. Ölkəyə valyuta daxilolmalarında ardıcıl 3 il ərzində çətinliklər yaşandı. Bu amili də obyektiv səsbəb kimi göstərmək olar. Difər tərəfdən, Türkiyənin ixracatında müəyyən artım olsa da, bu, idxalı da artıran faktordur. Çünki istehsalda istifadə edilən komponentlərin bir çoxu xaricdən alınır. Bu da valyuta tələbatını artıran faktora çevrilir. Subyektiv səbəblərə isə AKP-nin 12 il ərzində iqtisadiyyatdakı ciddi səhvlərini göstərə bilərik. Mərkəzi Bankın funksiyalarının azaldılması, müstəqilliyinin zəiflədilməsi, hakimiyyətin icra qoluna tabe etdirilməsi doğru yol deyildi. Bu, investorlar üçün çox pis siqala çevrildi. Həmçinin Türkiyədə "damat ekonomisi" dönəmi də oldu. Yəni Ərdoğan öz qızının yoldaşını iqtisadiyyatdan sorumlu bir nazir təyin etdi. Həmin dövr Türkiyə iqtisadiyyatında fəsadlara səbəb oldu. Bundan başqa verilən bir çox vədlər yerinə yetirilmədi".
Natiq Cəfərlinin sözlərinə görə, vəziyyəti düzəltmək üçün sehirli çubuq yoxdur və proses bir müddət belə davam edəcək: "Bir dolların 25 lirə civarında olması ehtimalı çox yüksəkdir. İlin sonuna qədər bir dolların 25-30 lirə olması gözlənilir. Amma sonradan müəyyən sabitləşmə baş verəcək. Yeni qurulan hökumətin açıqlamalarına görə, sabitlik üçün addımlar atılacaq və Mərkəzi Bankın müstəqilliyi təmin olunacaq. Eyni zamanda faizlərin artırılması, iqtisadi dəyişikliklərin baş verməsi mümkündür. Bir sözlə, ilin sonuna qədər lirənin sabitləşəcəyi gözlənilir. Bu, həm də turizm sezonundan asılı olacaq. Əgər turizm mövsümü Türkiyə üçün uğurlu olsa, bu, lirəyə müsbət təsir göstərəcək. Amma istənilən halda lirənin artıq 3-5 il öncəki dövrə qayıtması mümkün deyil. Yəni bir dolların 15-20 lirədən aşağı enməsi yaxın illər ərzində ehtimal edilmir".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Sosial       Tarix: 09 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Bakıda su problemi̇ - Məhdudiyyətin səbəbi̇ açiqlandi

Bakının Yasamal, Suraxanı, Sabunçu, Nizami rayonlarında sakinlər bir neçə gündür su təchizatında problemlə üzləşdiklərini bildirirlər. xəbər verir ki, məsələ ilə bağlı -ın sorğusunu cavablandıran İri Şəhərlərin Birləşmi

Dünya bazarında neft ucuzlaşmaqda davam edir

Qlobal enerji bazarlarında neftin qiyməti aşağı düşməkdə davam edir. KONKRET.azxəbər verir ki, son ticarət əməliyyatlarında Şimal dənizindən hasil olunan "Brent" markalı neftin bir barreli 77,62 dollara qədər ucuzlaşıb

Stressin yaratdığı problem: Diş qıcama nələrə yol aça bilər?

Yuxu zamanı fərq edilmədən baş verən diş sıxma və diş qıcama vərdişi təkcə dişlərə deyil, çənə oynaqlarına və ümumi həyat keyfiyyətinə də mənfi təsir göstərə bilər. -a istinadən xəbər verir ki, mütəxəssislər bildirirlər ki

DİQQƏT: Dollar zəifləyir, bəs manatı nələr gözləyir?

Hörmüz boğazında gərginliyin azalması və dəniz marşrutunun tam fəaliyyətə başlaması dünya enerji bazarlarında qiymətlərin aşağı düşəcəyi ilə bağlı gözləntiləri artırıb. Bu vəziyyətin ABŞ dollarının məzənnəsinə və Azərbaycand

Mingəçevirdə 35 yaşlı kişini döyüb öldürdülər - FOTO

İyunun 22-si gecə saatlarında Mingəçevir şəhərində yerləşən kafelərin birinin qarşısında dava-dalaş olub. 51 yaşlı Rafiq Məmmədov aralarında yaranmış mübahisə zəminində 35 yaşlı Tural Bəhrəmlini döyərək xəsarət yetirib. Xəstəxanay

AMB iyunun 22-nə olan rəsmi məzənnələri açıqladı - Dollar və avro neçəyədir?

Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 22-nə qüvvədə olan rəsmi valyuta məzənnələrini elan edib. -a AMB-dən verilən məlumata əsasən, ABŞ dollarının məzənnəsi sabit qalaraq 1,700 manat təşkil edib. Digər əsas valyutalara gəlincə

Yeni tikilmiş binalarda ev alanları gözləyən sürpriz

Yeni tikililərdən mənzil alan vətəndaşların bir hissəsi sonradan müxtəlif problemlərlə üzləşdiklərini bildirirlər. Bu problemlər tikintinin keyfiyyətindən tutmuş sənədləşmə, layihə dəyişiklikləri, parking çatışmazlığı v

Dənizdə batmamaq üçün bu qaydalara əməl edilməlidir

Yay mövsümündə çimərliklərə üz tutanların sayı artır. Mütəxəssislər isə dənizdə baş verən bədbəxt hadisələrin qarşısını almaq üçün təhlükəsizlik qaydalarına ciddi əməl etməyin vacibliyini vurğulayırlar. -un -ə istinadən məlumatın

Nazir rəisi vəzifəsindən azad etdi - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Ziya Əfsərov vəzifəsindən azad olunub. "Qaynarinfo"ya istinadən xəbər verir ki, bununl


son xeberler azerbaycan xeberleri yeni xeberler bugunun xeberleri valyuta məzənnələri kriminal xeber azerbaycanda son xeberler