Lisenziyasız fəaliyyət göstərən kosmetoloq Nazlı Babayevadan şikayət

Lisenziyasız fəaliyyət göstərən kosmetoloq Nazlı Babayevadan şikayətEstetik prosedur etdirən qadın xoşagəlməz nəticə ilə üzləşib.
KONKRET.az Xalq-a istinadən xəbər verir ki, bu barədə şikayətçi Rəvanə İmamverdiyeva redaksiyamıza müraciət ünvanlayıb. O, 2023-cü ildə plastik cərrah kimi tanıdığı Nazlı Babayevaya müraciət edərək, dodaq plastikası etirmək istədiyini bildirib:
"Razılaşdıq. Mən ona dodağıma cəmi 1 qram gel vurulmasını dedim. O isə məni inandırmağa çalışdı ki, 2 qram daha yaxşı forma verəcək. Üstəlik məni əmin etdi ki, o ancaq təbii geldən istifadə edir. Əməliyyatdan sonra dodaqlarımda şiş əmələ gəldi. Bununla bağlı Nazlı Babayevaya dəfələrlə müraciət etsəm də o bildirdi ki, 1 ilə qədər hər şey qaydasına düşəcək, şiş çəkiləcək və gel əriyəcək. Lakin hər şey əksinə oldu. Dodağım öz görnüşünü tamamilə itirdi. Bununla bağlı ailəmizdə ciddi söz-söhbətlər oldu. Hətta qardaşımla aramız pozuldu.
Dəfələrlə Nazlı Babayevanın yanında oldum.
Hər dəfə dodağıma bir məhlul sürtüb yola saldı ki, "yaxşı olacaq". Amma heç nə yaxşı olmadı. Tez-tez iş ünvanını dəyişdiyinə görə Nazlı Babayevanı tapmaq da çətin olur. Başqa həkimlərin də qəbulunda oldum. Amma heç kim mənə kömək etmək istəmədi. Hamısı bildirdi ki, "bu adamın sənin dodağına nə vurduğunu biz bilmirik". Bir sözlə, 3 ilə yaxındır ki, əziyyət çəkirəm.
Vaxtın uzanmasını indi Nazlı Babayeva öz lehinə çevirmək istəyir. Deyir ki, "3 il bundan qabaq olmuş prosedura mən nə edə bilərəm ki?". Digər həkimlər də deyir ki, "dodağına vurulan gel sünidir, təcili çıxarılmalıdır. Əks-təqdirdə dodaqların daha pis görkəmə düşəcək". İndi nə edəcəyimi bilmirəm".
"Problemi var idisə, vaxtında müraciət edərdi"
Məsələ ilə bağlı plastik-cərrah Nazlı Babayeva ilə əlaqə saxladıq. O, Bizim.media-ya açıqlamasında bildirdi ki, əməliyyatdan 3-4 il keçib:
"Dolğunun qalıcılığı 12 aydır. Sonra əriyib gedir. Bu xanımın problemi var idisə, vaxtında müraciət edərdi. İndi niyə müracət edir? Mən həm şəhid bacısıyam, həm də şəhid qızıyam. Rəvanə İmamverdiyava şər-xəta adamdır. 4 ildən sonra gəlib ki, "dodağıma süni dolğu vurmusan".
Bildiyim qədər, son illərdə o Gəncədə, Bərdədə neçə həkimin yanında olub. Narazılığı varsa, getsin ekspertiza etdirsin. Ondan sonra müəyyən olunar ki, mənim günahım var, ya yox. Günahım varsa, qanun qarşısında cavab verməyə hazıram".
Nazlı Babayeva lisenziyasız fəaliyyət göstərir
Araşdırmalarımız nəticəsində məlum oldu ki, Nazlı Babayevanın adı Səhiyyə Nazirliyi tərəfindən plastik cərrah kimi fəaliyyətinə icazə verilən 42 nəfərlik həkim siyahısında da yoxdur. Üstəlik, onun daimi iş yeri də bəlli deyil.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən sorğumuza cavab olaraq bildirildi ki, Nazlı Babayeva lisenziya alan həkimlərin sırasında yoxdur.

Hadisə       Tarix: 18 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı

Türkiyənin İstanbul şəhərində fasiləsiz yağan leysanın səbəb olduğu daşqın nəticəsində həlak olanların sayı 4 nəfərə çatıb. milliaz-a istinadən xəbər verir ki, üç gündür axtarışları aparılan dörd itkin düşmüş şəxsdən dah

İdeal dövləti necə qurmaq olar?

Səhər tezdən oyanıb bir stəkan çay içdim, Fransada və ona qonşu ölkələrdə baş verən iğtişaşlar barədə xəbərləri oxudum. Sonra ideal dövlət modelini hazırlamağa cəhd etmək qərarına gəldim. İndi yəqin ki, barmağınızı gicgahınızd

Makiyaj edib dərsə gedən şagirdin atası həbs edildi

Paytaxtın Qaradağ rayonunda yerləşən məktəblərin birində kosmetik vasitələrdən istifadə edən 9-cu sinif şagirdi dərsə buraxılmadığına görə insident baş verib. APA-ya istinadla xəbər verir ki, şagirdin atası Çingiz Balabəyo

Bakıda minik avtomobili atla toqquşdu

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. KONKRET.azxəbər verir ki, hadisə saat 16 radələrində Murad Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində baş verib. Hadis

İmran Əliyevə 12 il iş istənildi

"Məclis.info" saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmənin növbəti prosesi keçirilib. xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində haki

Bakının əsas prospekti buna görə iflic oldu

Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində yük avtomobili texniki nasaz olması səbəbindən yolun hərəkətin hissəsində qalıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Aeroport yolunda nə baş verir? - Təcili məlumat yayıldı

Bakının Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbindən "Koroğlu" metro stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektua

İki gəmiyə dron hücumu: heyətdə 8 Azərbaycan vətəndaşı var

Qara dənizdə iki gəmiyə pilotsuz uçuş aparatlarının hücumu baş verib. barədə məlumat verib, onlardan biri batıb. report-a istinadla xəbər verir ki, bu barədə Bolqarıstan Telegraf Agentliyi (BTA) məlumat yayıb. Bir gəmini

Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi

Zaqatalada avtomobil piyadanı vurub. -a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Rusiyalı sürücünün idarə etdiyi Gürcüstana məxsus iri yük avtomobili (TIR) Zaqatalanın Faldarlı kənd sakini 66 yaşl


yeni xeberler son xeberler azerbaycan xeberleri ensonxeberler xeber.az krimnal xeber maraqlı xəbərlər