Lisey və gimnaziyaların boş yerləri üçün nəticələr bu gün açıqlanacaq
Mərkəzləşdirilmiş qaydada qəbulu həyata keçirilən lisey və gimnaziyalarda boş qalan yerlər üçün lisey seçiminin nəticələri bugün 13:00-dan etibarən mərhələli şəkildə elan olunacaq.
Bu barədə azxeber.com-a Təhsil İnstitutundan xəbər verilib.
Bildirilib ki, lisey seçimi mərhələsində uğur qazanan şagirdlərin sorğusu avtomatik yaradılacaq. Bu mərhələdə uğur qazanmış şagirdlərin şəxsi işləri şagirdin ötən tədris ilində təhsil aldığı məktəbdən (elektron ərizə şagirdin ötən tədris ilində təhsil aldığı məktəb tərəfindən çap edilir) təhvil alınaraq, yeni qəbul olunduğu liseyə təqdim edilməlidir.
Qeyd edək ki, bu proses 24-29 avqust tarixlərində həyata keçiriləcək. Şagirdlərin elektron yerdəyişmə portalında (www.sy.edu.az/login) şəxsi kabinetində "İmtahanlar" bölməsinin "Lisey" seçimi hissəsində nəticələrlə, "Sorğularım" bölməsində isə qəbul olan şagirdlərin sorğularının mərhələləri ilə tanış olmaq mümkündür.

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var