Livanın yeni baş naziri təyin edildi
Ötən ilin avqustunda Beyrutda baş vermiş dəhşətli partlayışdan sonra hökumət böhranı yaşayan Livanda daha bir siyasətçi Baş nazir təyin edilib. Bu dəfə Prezident Mişel Aun və ölkə parlamenti milyarder və əvvəllər iki dəfə Nazirlər Kabinetinə rəhbərlik etmiş Nacib Mikatiyə hökuməti formalaşdırmaq səlahiyyəti veriblər.
Publika.az xəbər verir ki, 67 yaşlı yeni Baş nazir kabineti formalaşdırmaq məqsədilə parlamentdə təmsil olunan siyasi partiyalarla danışıqlar aparacaq. Nacib Mikati bəyan edib ki, Fransanın və Dünya Bankının Livanı dərin sosial-iqtisadi böhrandan çıxarmaq üçün irəli sürdükləri şərtləri yerinə yetirəcək. Qərb dövlətləri bu ölkədə hökumət böhranına son qoyulması tələbi ilə çıxış ediblər.
Yeni Baş nazir "Ən Nahar" qəzetinə müsahibəsində bildirib ki, onun hökuməti sırf texnokrat kabinet olacaq. Onun sözlərinə görə, yeni nazirlər siyasi çəkişmələrdən uzaq olmalıdırlar. Siyasi şərhçilər isə onun vədlərinə skeptik yanaşırlar. Onlar hesab edirlər ki, daxili siyasi ziddiyyətlər, xüsusən Hizbullahın şərtləri fonunda ölkədə sabitliyə nail olmaq mümkün olmayacaq.

ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı